Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2013
20:46
Ramil Usubov Bakı şəhər Baş Polis İdarəsində müşavirə keçirib

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, müşavirədə daxili işlər naziri bildirib ki, iqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayor Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Qeyd olunub ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durum nəzarətdə saxlanılıb. Hesabat dövründə Bakı şəhərində 9.719 cinayət qeydiyyata alınıb, onlardan 79,1%-nin açılması təmin edilib. Bu cinayətlərin 85,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2%-i ağır və xüsusilə ağır növ cinayətlər olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomaniyanın yayılmasının qarşısının alınması üzrə fəaliyyət çərçivəsində 2012-ci ildə 917 nəfər məsuliyyətə cəlb olunmuş, onlardan 204 kiloqram narkotik vasitə götürülüb, 30 nəfərdən ibarət 14 qrup ifşa edilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov vurgulayıb ki, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, yol verilən qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları əvvəlki illə müqayisədə xeyli azalıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3881

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 12:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru