
Xəbər verildiyi kimi Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunmuş Sevinc Babayevanın Türkiyə Respublikasında vəfat etməsi ilə əlaqədar Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları İstanbul şəhərinə ezam olunmuşdular.
Həmin fakt üzrə Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Türkiyəli həmkarları tərəfindən həyata keçirilən araşdırmalarla əlaqədar İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibbi ekspertizası müayinəsində, daha sonra baxış, dindirmə, götürmə və digər istintaq hərəkətlərində iştirak ediblər.
FaktXəbər-in məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, S.Babayeva 25 sentyabr 2012-ci il tarixdə internet saytlarında məlum videogörüntülər yayımlandıqdan sonra Gülər Əhmədovanın təklifi ilə ertəsi gün saat 05:57-də Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə ölkədən çıxıb və həmin tarixdə saat 08:37-də İstanbul Hava limanında qeydiyyatdan keçib.
İstanbul şəhərində G.Əhmədovanın tanışı, Türkiyə Respublikası vətəndaşı Səlcuk Ağlayan onun xahişi ilə S.Babayevanı qarşılayaraq özünün adına “Bəynova” otelində nömrə götürmüş və S.Babayeva həmin oteldə 10 oktyabr 2012-ci il tarixə qədər yaşayıb.
Qeyd edilən tarixdən etibarən S.Babayeva İstanbulun Esenyurt Atatürk məhəlləsində yerləşən “Ay işığı” yaşayış kompleksində S.Ağlayanın öz adına müqavilə bağlayaraq kirayə etdiyi mənzildə tək yaşayıb.
Orada yaşadığı müddətdə S.Babayeva özünü “Meryem Solmaz” adı ilə təqdim edib, S.Ağlayana məxsus mobil telefonla öz ailə üzvləri və G.Əhmədova ilə əlaqə saxlayıb, “Skype” proqramı vasitəsi ilə danışıb. Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın 16-da “Meryem Solmaz Muhammed” adı ilə “Cərrahpaşa Tibb fakültəsi” xəstəxanasının kardioloji poliklinikasına müraciət edərək müayinə olunub və müalicə pulunun yüksək olması səbəbindən müayinə və müalicəsini davam etdirə bilməyib.
Dekabrın 26-da S.Babayeva səhhətinin pisləşməsi ilə əlaqədar yaşayış kompleksinin mühafizə xidməti tərəfindən çağırılan təcili tibbi yardımla Esenyurd dövlət xəstəxanasına aparılıb. S.Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunarkən, onunla birlikdə xəstəxanaya gələn S.Ağlayan onu “Meryem Solmaz” adı ilə təqdim etdiyindən tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə S.Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım göstərilməsi, o cümlədən kardioqrammasının çıxarılması, qan nümunələrinin götürülməsi və xəstəyə “ürək çatışmazlığı” diaqnozunun qoyulması göstərilib. Həkimlərin daha keyfiyyətli kardioloji müayinə və müalicə tədbirlərinin davam etdirilməsi üçün xəstənin ixtisaslaşdırılan tibb müəssisəsinə köçürülməsi barədə məsləhətlərindən sonra o, S.Ağlayan tərəfindən təcili tibbi yardım maşıını ilə “Medicana International İstanbul Hospital” xəstəxanasına aparılıb. Xəstəxananın təqdim etdiyi tibbi sənədlərdə S.Babayevanın “Meryem Solmaz” adı ilə qeydiyyata alınaraq “ürək, qan-damar və ağ ciyər çatışmazlığı” diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilməsi və intensiv müalicə tədbirlərinin aparılmasına baxmayaraq onun qeyd edilən tarixdə saat 19:15-də orada vəfat etməsi göstərilib.
Araşdırmalar zamanı S.Babayevanın yaşadığı mənzildən şəxsi əşyaları, 10 adda müxtəlif dərman preparatları, o cümlədən ürək və qan-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan “Diltiazem” və “Aldactazide” preparatları və ekspertiza tədqiqatları üçün zəruri nümunələr götürülüb.
Dekabrın 29-da S.Babayevanın meyiti Azərbaycana göndərilib və həmin tarixdə onun ölümünün səbəblərinin müəyyənləşdirilməsi və digər xüsusatların araşdırılması məqsədi ilə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilib və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinə tapşırılıb.
Hazırda S.Babayevanın ölkədən çıxmasında və Türkiyədə gizlənməsində G.Əhmədova və onun ailə üzvlərinin nə kimi iştirakının olması və digər xüsusatların araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Türkiyə Respublikasına ezam olunan hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə qayıtdıqdan və iş üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticələri, həmçinin Türkiyə tərəfindən məhkəmə-tibbi ekspertizanın rəyi alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı