Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2013
14:05
Hərbi hissədə ölən əsgərin anası ictimaiyyətə müraciət edib
"Oğlum Ceyhunun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm"

Aksiyaya öldürülən əsgərin anası da qatılacaq - (Video)

Daşkəsəndə N saylı hərbi hissədə ölən əsgər Ceyhun Qubadovun anası Samirə Qubadova ictimaiyyətə müraciət edib. FaktXəbər-ə daxil olan müraciətdə bildirilir:

"Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm.

Mən Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.

Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir.

Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı bir aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
145

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
121

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
405

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
275

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
361

AMB-nin valyuta məzənnələri

19

Aprel
09:10
İQTİSADİYYAT
380
Şərhlər
Gunel tərəfindən 11-01-2013 12:54:26 tarixində yazıldı
Yene susaq
Hormetli Samire xanim size ne deyib susdurdular?Axi bele danismirdiz.ozunuzde istirak elemek isteyirdiz.eminem ki hede qorxu gelibler.bu millet indide sussa ne olacaq?isteyirsiz sizin kimi analar cox qan aglasin?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 15:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru