Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2013
12:43
`Dönməz` geri Azərbaycan əsgəri
Sizcə bu soyuq havada torpağa basdırılan əsgərin sizə, bizə, qatillərinə son sözü olsaydı, sizcə nə deyərdi?!

“Qonşunun ölüsü yatmış kimi görünər” –deyirlər. Bu acını (əsgər ölümü acısını) dərindən dərk etmək üçün bir doğmanızı o əsgərin yerinə qoyun! Bir anlıq Siz ana olun, ata olun, qardaş olun, bacı olun. Bir anlıq sizə belə bir xəbər gəldiyini düşünün. Cəmisi bir anlıq düşünün ki, 18 ildir minbir bəla, zəhmətlə böyüdüb başa çatdırdığınız oğlunuz öz zabitinin, əsgər yoldaşının və yaxud nə bilim hansısa erməniqanlı “azərbaycanlının” təpikləri altında əzilərək öldürülüb. Sonra da gözünüzün önünə gətirin ki, həyasızca nəşini üstünüzə tullayıblar ki, götürün basdırın... Nə oldu?! Təsəvvürü belə qorxuncdu, deyilmi?! Təsəvvürü belə tükürpədicidi...

Bəli, biyabırçı həddə çatıb artıq əsgər ölümləri. Yoxsa şair “dönməz geri, Azərbaycan əsgəri” dedikdə belə “dönməzliyimi” nəzərdə tutmuşdu?!
İndi artıq heç kim əsgər oğlunun, qardaşının sağ-salamat geri dönəcəyindən əmin deyil. Bunun çarəsi yoxmu?!

Baxın, “Allah zülmü yerdə qoymaz” deyirlər, bu, yalnış və natamam iddiadır! Allah zülmü o zaman yerdə qoymayacaq ki, zülmə məruz qalan zülmün üstünə yerisin, barmaqları ilə basıb zülmün gözünü çıxarmaq istəsin, bu zaman Allah o barmaqlara güc verəcək. Bu zaman möcüzə baş verəcək. Bəsdir ki, yanlış tezislərlə özümüzə təslli verdik; Allah HƏR məzlumun deyil, zülmə TABE OLMAYAN məzlumun yanındadır! Bu, bir mənalı olaraq belədir!

İndi sizcə bu soyuq havada torpağa basdırılan əsgərin sizə, bizə, qatillərinə son sözü olsaydı, onun üçün belə bir imkan yaradılsaydı sizcə nə deyərdi?!
Məncə o, qəmli və kövrək baxışları ilə hər birimizə boylanıb bu cümləni deyərdi:

Mən Sadəcə Vətənimi Qorumağa getmişdim...:((

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5658

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4618

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6200

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6215

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8147

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5941
Şərhlər
Məhsəti Musa tərəfindən 11-01-2013 13:43:31 tarixində yazıldı
Oğlum olduğu üçün bədbəxtəm...
Bəli, İlqar bəy,o, sadəcə vətəni qorumağa getmişdi.Bir il əvvəl körpə oğlum dünyaya gələndən sonra ona bir şeir yazmışdım. Ana kimi arzum o idi ki, ayıq olsun, düşmənini tanısın, mübariz bir insan kimi yetişsin və şeirdə ona "əsgər balam" deyə müraciət etmişdim. Fəqət... İnanın, artıq bu cur davam edəcəyi təqdirdə böyüyəndə mən oğlumu əsgərliyə göndərib-göndərməyəcəyim haqda konkret fikrə gələ bilmirəm. İndidən onun gələcəyinə ağlayıram. Öldürülüb üstümüzə göndərilən oğulların yerinə sadəcə bir anlıq öz oğlumu qoymuram. Səmimiyyətimə inanın, onları öz balam, öz qardaşım kimi qəbul edirəm və dəhşətə gəlirəm. Bu oğullar düşmən gülləsindən şəhid olsa dözməli, bizdən əvvəlkilər də bizi qorumaq üçün canlarından keçiblər-deyə düşünməli, şəhidimizi fəxrlə, vüqarla dəfn etməyi bacarmalıyıq. Bəs bu cür ölümlərə nə ad verək ? Kim qaytaracaq o ananın əziyyətini ? Kim məlhəm qoyacaq onun parçalanmış ürəyinə? Kim ödəyəcək bu haqsızlığın bədəlini? Kim durduracaq bu qansız cinayətləri ? Kim? Kim ? Hara gedirik axı bu gedişlə. Mənim balamı öldürəndən sonra kiminsə vəzifəsini bir pillə aşağı endirsinlər və ya işdən azad etsinlər. Bunun mənə nə xeyri.Balam geri dönəcəkmi ? Mənim içim rahatlayacaqmı ? Nə isə, çox sağ olun yazıya görə.Çox kövrəlmişəm və həm də çox acıqlıyam... Açığı, artıq oğul anası olduğum üçün özümü bədbəxt hiss edirəm.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 09:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru