
Paytaxtın Balaxanı qəsəbəsinin ərazisində qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevi və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralayıb, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetiriblər. FaktXəbərin məlumatına görə, yaralılar dərhal Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də Elxan Bayramzadənin və Elçin Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Həmin məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar - 1 ədəd “Makarov” tipli tapança, 5 giliz və 1 bıçaq götürülmüş, habelə digər zəruri hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Bakı şəhər Prokurorluğuna həvalə edilib.
İstintaqla müəyyən edilib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə, Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə baş verib. Bu zaman Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurublar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşları Seymurla Teymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyümüş, bu zaman Teymur Əliyev üstündə gəzdirdiyi “Makarav” tipli tapançadan atəş açaraq Elçin Əliyevi baş nahiyyəsindən, Sadiq Musayevi isə sağ bud nahiyyəsindən yaralamış, Məhəmməd Əliyev isə Elxan Bayramzadəni ürək nahiyəsindən bıçaqla vurub.
Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əsəd və Məhəmməd Əliyevlər yanvarın 7-də Bakı şəhərində, Seymur Əliyev isə Yevlax rayonunda tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayətin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat və axtarış tədbirləri davam etdirilir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı