
Azərbaycanda bəzi orta məktəb şagirdlərinin dərslərdən sonra vaxtlarının internet klublarda keçirməsinin qarşısını almaq üçün texniki yaradıcılıq mərkəzlərində informasiya texnologiyaları ilə bağlı dərnəklər açmaq olar. FaktXeber.com-un məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.
Onun fikrincə, bu dərnəklərdə məktəblilərə kompüterlərin daxili quruluşundan tutmuş proqram təminatına qədər bütün məsələlər öyrədilə bilər.
"Uşaqlar burada internetə də daxil ola bilərlər. Belə dərnəklər açılarsa, artıq uşaqlar buraya böyük axın edərlər",-İbrahimov deyib.
O qeyd edib ki, internet klubu işlədən şəxs üçün oraya kimin gələcəyi maraqlı deyil.
Şöbə müdiri hesab edir ki, ancaq belə dərnəklər açılsa, burada uşaqlar müəllimin nəzarəti altında işləyərlər. Bu da həmin dərnəklərin fəaliyyətinin üstün cəhəti olar. Eyni zamanda, belə dərnəklərdə bir deyil, bir necə məktəbin şagirdi birləşə bilər.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zəminə Əliqızı isə bildirib ki, internet-kafe və klublarda vaxtlarını keçirənlər əsasən, keçid dövrünü yaşayan yeniyetmələrdir. İdarə rəsmisinin sözlərinə görə, günlərinin çoxunu internet klublarda keçirənlər əsasən, valideyn nəzarətindən kənarda qalan uşaqlar olur.
Əliqızı deyib ki, bu gün internet klublarda filtr şəbəkəsi olmadığı üçün uşaqlar istənilən sayta daxil ola bilirlər. O, buna görə də internet klubların fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlərin qoyulmasını, 18 yaşına kimi uşaqların internet klublarda müəyyən saytlara daxil olmasına, şagirdlərin dərs zamanı internet klublara gəlməsinə icazə verilməməsini təklif edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO