Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2012
15:01
779
Cahangir Əsgər İtaliyadan 115 milyon avroluq 10 yeni helikopter alıb
Onlar ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunacaq

AZAL-ın mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, İtaliyanın “Finmeccanıca” şirkətinə daxil olan “AgustaWestland” şirkəti Böyük Britaniya və Azərbaycanla ümumi dəyəri 435 mln. avro olan müqavilələr imzalayıb.

“Azərbaycan Hava Yolları” (AZAL) ilə imzalanan 115 mln. avroluq müqaviləyə əsasən şirkət Azərbaycana 10 (8 “AW-139s” və 2 “AW-189s” tipli) helikopter satacaq. Onlar ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunacaq.

Şirkətin icraçı direktoru Bruno Spanyoli bildirib ki, bu müqavilə ilə AZAL ən son texnologiyalara və təhlükəsizlik standartlara sahib çıxacaq: «Bu nailiyyətlə biz regionda gələcək imkanlarımızı qorumuş olduq. “AW-139s” və “AW-189s” helikopterlərinin seçilməsi onların üstünlüyünü və beynəlxalq bazarlarında rəqabətliyinə davamlı olduğunu göstərir”.

“AgustaWestland”ın kommersiya şöbənin vitse-prezidenti Emilio Dalmasso isə bildirib ki, şirkətin istehsal etdiyi “AW-139s” helikopterləri dünyanın 60-dan çox ölkəsində istifadə olunur: “Helikopterlər ən son standartlara cavab verir, yüksək göstəricilərə malikdir və onların saxlanılması çox böyük vəsaitləri tələb etmir. Biz qürur duyuruq ki, AZAL öz gələcək ehtiyacları qarşılamaq üçün bizimlə əməkdaşlıq etməyə üstün tutub”.

Qeyd edək ki, “AW-189s” helikopterləri 2011-ci ildən istehsal olunur və əsasən yükdaşımalarda istifadə olunur. Helikopter 16-18 nəfəri və 8000 kq yük daşıya bilər. Onun uzunluğu 17,6 metr, maksimal sürəti isə saatda 278 km təşkil edir. “AW-139s” helikopterləri isə 15 nəfəri daşıya bilər. Uzunluğu 13,77 metr, maksimal sürəti saatda 310 km təşkil edir və bu tipli helikopterlər müxtəlif əməliyyatlarda istifadə üçün nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru