Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2012
09:54
Baş Prokurorluq 5 nəfərin işgəncə ilə öldürülməsini təkzib etdi

Baş Prokurorluq 2012-ci ildə Azərbaycanda 5 nəfərin işgəncə ilə öldürülməsi barədə bəzi kütləvi informasiya vasitələrində İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova istinadən yayılmış informasiyaları həqiqətəuyğun olmadığını bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, həmin informasiyalarda 3 nəfərin - Eminov Qədir Qurbanəli oğlunun, Məmmədov Elşən Əsəd oğlunun və Babayev Əmrəli Məmmədqulu oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında, Mikayılov Pərviz Əziz oğlunun 17 saylı cəzaçəkmə müəssisəsində, İlyaslı Zeynəb Mahir qızının isə Göygöl rayonunun 8 saylı ruhi-əsəb təmayüllü internat evində guya işgəncələr verilməsi nəticəsində ölmələri qeyd edilib.

"Göstərilənlərlə bağlı bildiririk ki, Azərbaycan Respublikası insan hüquqlarının qorunması sahəsində mühüm beynəlxalq sənədlərə, o cümlədən BMT Baş Məclisi tərəfindən qəbul edilmiş "İşgəncələrə və digər qəddar, qeyri-insanı, yaxud ləyaqət alçaldan davranış və cəza növlərinə qarşı" Konvensiyaya, həmçinin "İşgəncələrə və qeyri-insanı, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasına qoşulub. Qeyd edilən Konvensiyaların tələblərinə uyğun olaraq son illərdə Azərbaycan Prokurorluğu orqanlarında müvafiq işlər görülüb. Belə ki, vətəndaşların müvəqqəti saxlanma yerlərində saxlanılmasının qanuniliyi üzərində gündəlik nəzarətin həyata keçirilməsi qaydasını müəyyənləşdirən, eləcə də şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsinə yönəlmiş bir sıra əmrlər imzalanıb", - Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq prokurorluq orqanları tərəfindən qeyd edilən ölüm faktları üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, o cümlədən hadisə yeri və meyitlərə məhkəmə-tibb ekspertlərinin iştirakı ilə baxış keçirilib. Meyitlər daxili müayinə olunması və ölümün səbələrinin müəyyən edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinin aidiyyəti şöbələrinə göndərilərək müvafiq rəylər alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Elşən Məmmədov, Qədir Eminov və Pərviz Mikayılov ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisələrində intihar ediblər, Əmrəli Babayev Xəzər rayonunda yerləşən ixtisaslaşdırılmış müalicə müəssisəsində vərəm xəstəliyindən, Zeynəb İlyaslı isə 8 saylı ruhi-əsəb təmayüllü internat evində ürək çatışmazlığından ölüblər.

Qədir Eminovun intihar etməsi faktına görə başlanmış cinayət işinin icraatına xitam verilib, digər ölüm halları üzrə isə hazırda aidiyyəti rayon prokurorluqlarında müvafiq araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı qeyd edilən şəxslərə qarşı hər hansı formada işgəncə və qeyri-insanı, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilməsi halları müəyyən edilməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68284

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65672

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67524

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66831

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72341

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66599

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66913
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 04:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru