
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilib.
Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırıb.
Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-nin həcmini iki dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirib: “Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur”. Nazir qeyd edib ki, bu məqsədlərə nail olunması istiqamətində müəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə ölkədə internetin hərtərəfli inkişafını təmin etmək - genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85 faizə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmaq planlaşdırılır: “Dövlət Neft Fondu ilə birlikdə reallaşdırılması nəzərdə tutulan bu layihə əsasən optik şəbəkə üzərindən həyata keçiriləcək. Bundan başqa, hədəfimiz ölkədə İKT-nin inkişafı üçün münbit şəraitin yaradılması, rəqabət mühitinin yaxşılaşdırılması, monetar, pul-kredit, eləcə də vergi-gömrük siyasətinin yumşaldılmasıdır”. Bununla da ölkədə yeni məhsul və xidmətləri təklif edən, ixracyönümlü potensiala malik innovativ sahibkarlığın inkişafına təkan veriləcəyini vurğulayan nazir Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi, artıq bu məqsədlə Yerüstü İdarətemə Mərkəzinin tikilməsi, növbəti ilin fevral ayında orbitə ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi və s. kimi mühüm layihələrdən də danışıb: “Növbəti illərdə də Azərbaycan hökuməti “Elektron Hökumət” layihəsinə böyük diqqət yetirəcək. Hesab edirik ki, 2020-ci ildə Azərbaycanda təxminən əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcəklər. İxracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur. Həmçinin də biz sektorun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılmasını gözləyirik. Belə bir vaxtda Avropa Birliyi bizim üçün çox vacib tərəfdaşdır”.
Avropa Birliyinin də 2020-ci ilə qədər inkişaf strategiyasının mövcud olduğunu vurğulayan nazir burada da gələcək iqtisadi inkişafın təminatçısı olaraq İKT sektoruna önəm verildiyinə diqqət çəkib.
Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia İKT sahəsində nüfuzlu beynəlxalq tədbir olan VII İnternet İdarəçilik Forumuna Azərbaycanın ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirərək, bu münasibətlə təbriklərini çatdırıb. Ölkələr arasında bu qəbildən olan dialoqların təşkilini də önəmli sayan səfir İKT sektorunda əldə olunan təcrübələrin bölüşdürülməsinin gələcək inkişafda səmərə verəcəyini də vurğulayıb: “Belə görüşlər Azərbaycanla əməkdaşlıq üçün yeni yollar açır. Həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mövcudluğu da önəmlidir ki, Avropa İttifaqı Azərbaycanın gələcək perspektivləri, o cümlədən də İKT sahəsində planları ilə tanış ola bilsin. İstəyirik ki, ikitərəfli davamlı əməkdaşlıq olsun”.
Daha sonra nazir səfirlərin suallarını cavablandırıb.
Tədbirdə Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi