
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Hərb və sülh yolu?” mövzusunda üçüncü debatın keçirilməsi barədə məlumat vermişdik. FaktXeber.com-un verdiyi məlumata görə, tədbir Qarabağ münaqişəsindən sonrakı vəziyyətə həsr edilib. Debatda çıxış edən Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli diqqət çəkən məqamlara toxunub. Rövşən bəy bildirdi ki, bu günə qədər keçirilən debatların hər üçündə hakimiyyət tənqid olunub: “Yəni hakimiyyət Qarabağı azad etmək iqtidarına malik deyil. Hesab edirəm ki, Dağlıq Qarabağda yaşayan ermənilərin böyük güclərin regionda həyata keçirdikləri siyasi oyunun tərkib hissəsinə çevriliblər. Təbii ki, onlar bu əsarətdən xilas olmaq istəyirlər. Lakin onlar fikirləşirlər ki, Azərbaycan hökuməti tərəfindən orada yaşayan vətəndaşların hüquqları qorunmursa bizim haqlarımız necə qorunacaq? ”
25 ildir ki, həm hakimiyyətin həm də ki, beynəlxalq təşkilatların fəaliyyətinə dair tənqidi fikirlər səsləndirildiyini bildirən Rövşən Əhmədli, “təklif edirəm ki, QHT nümayəndələrindən ibarət Qarabağ Şurası təsis olunsun və torpaqlarımızın işğaldan azad edilməsi üçün mükəmməl bir layihə hazırlansın”, - deyə bildirdi: “Sonra ölkə ziyalıları və politoloqları tərəfindən hazırlanan layihə hökumətə təqdim edilsin. Bunu başa düşməyən yoxdur ki, Ermənistan işğala məruz qoyduğu torpağı heç vaxt sülh yolu ilə azad etməyəcək. Artıq Köçəryan və Sarkisyan hökuməti hesab edirlər ki, məsələ çoxdan öz həllini tapıb. Hazırlanacaq layihə dövlətə təqdim edildikdən sonra biləcəyik ki, hakimiyyət münaqişənin öhdəsindən gəlmək istəyir, yoxsa yox. Əgər həll etməyəcəksə açıq şəkildə desin ki, bizdə işimizi bilək.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO