
Təxminən bir il əvvəl Fransanın eks-prezidenti Nikolas Sarkozi Ermənistanın paytaxtı İrəvanın 30 km cənubunda yerləşən Metsamor nüvə stansiyasının yerində tikiləcək yeni nüvə stansiyanın istehsalında Fransa firmalarının da iştirak edəcəyinə dair Ermənistana söz vermişdi. Ermənistan prezidenti Serj Sarkisyan isə Sarkoziyə nüvə stansiyanın yenilənməsində Ermənistana verdikləri dəstəyə görə məmnun olduqlarını və Fransaya təşəkkür etdiklərini söyləmişdi.
Qeyd edək ki, Metsamor nüvə stansiyası 1970-ci ildə tikilib. Amma 1988-ci ildə baş verən dağıdıcı zəlzələdən sonra ciddi şəkildə ziyan çəkdiyi üçün bağlanmışdı. Nüvə stansiyanın iki ədəd VVER 440-V230 yüngül su reaktorundan biri 1995-ci ildə yenidən işə salınıb.
Yeni nüvə stansiyası SSRİ dövründə 1970-ci ildə tikilmiş köhnə nüvə bazasının gücünün iki mislinə bərabər olacaq. Metsamor nüvə stansiyası bu gün üçün Ermənistanın elektrik enerjisinin təxminən 40 faizini ödəyir. 2012-ci ilin ilk səkkiz ayında bu stansiyada 1.879 milyard KVts elektrik enerjisi istehsal edilib. Bu rəqəm Ermənistanın ümumi elektrik istehsalının 37.4 faizidir. 2010-cu ilin ilk səkkiz ayına nisbətən stansiyada istehsal edilən elektrikin miqdarı 2.1 faiz artıb. Yeni nüvə stansiyanın təkmilləşdirilməsi işləri ABŞ tərəfindən həyata keçiriləcək və xərcin 5 milyard dollar civarında olacağı güman olunur. Ermənistan hökuməti və Serj Sarkisyan indi bu pulu təmin etmək üçün yollar axtarır. 2003-cü ildə Rusiya ilə bağlanan bir müqaviləyə görə, Ermənistandakı nüvə stansiyasının iş xərci Rusiyanın İnter RAO UES firması tərəfindən ödənilir. Bu firma Rusiyanın Rosatom firmasının tərkibinə daxildir.
Rusiya Federasiyası ilə bağlanan müqavilə 2013-cü ildə sona çatacaq. 2009-cu ildə Rusiya ilə Ermənistan nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni bir müqavilə imzalayıb. Müqaviləyə görə, yeni tikiləcək nüvə reaktorunun xərcinin 20 faizi (1 milyard dollar) Rusiya Federasiyası tərəfindən ödəniləcək. Digər 20 faizinin ödənişi isə Ermənistan hökumətinin üzərindədir. Xərcin qalan 60 faizi üçün xüsusi sərmayə firmalarına müraciət olunub. 2006-cı ilə qədər Ermənistanda nüvə reaktorları qurmaq və işlətmək yalnız dövlətin nəzarətində idi. 2006-cı ildə qəbul edilən yeni qanunla nüvə reaktorları üzərindəki dövlət nəzarəti ləğv edilib.
Hazırda Ermənistanın illik elektrik istehsalı 5 milyard KVTs-dır. Ümumi istehsalın 26 faizi istilik, 36.5 faizi hidroelektrik stansiyalarından, 0.04 faizi külək enerjisindən, yerdə qalanı isə nüvə stansiyalarından əldə edilir. 2012-ci ilin ilk səkkiz ayında istehsal edilən elektrik enerjisi ötən ilə nisbətən 14.6 faiz artıb.
Rusiyanın RİA Novosti agentliyinin yazdığına görə, Rusiya Texniki və İxracat İdarəsi Federal Xidməti Rusiyanın ən böyük nüvə yanacaq istehsalçısı olan TVEL (ROSATOM-un tərkibindədir) firmasına Ermənistan, Bolqarıstan, Macarıstan, Slovakiya, Ukrayna, Finlandiya, Çex Respublikası və Rusiya Federasiyasına 1 aprel 2016-cı il tarixinə qədər etibarlı nüvə yanacağı ixracatı lisenziyası verib. Müqavilə, təzə reaktor yanacağı şəklində 5 faizdən artıq olmamaq şərtilə Uran-235 izotopu tərəfindən zənginləşdirilmiş uran ixracını nəzərdə tutur. TVEL firması daha çox Rusiya tərəfindən istehsal olunan və hələ də Ermənistan, Bolqarıstan, Çin, Çex Respublikası, Finlandiya, Macarıstan, Hindistan, İran, Slovakiya, Ukrayna və Rusiya Federasiyasında istifadə edilən təzyiqli su reaktorlarını (PWR-1000, VVER-440, PWR, BWR) nüvə yanacağı ilə təmin edir.
Qərb qonşumuz olan Ermənistanın nüvə enerjisi və nüvə reaktorlarına olan bağlılığı Azərbaycan tərəfindən yaxından izlənilməlidir. İçində olduğumuz coğrafiyada Rusiya və İsrailin nüvə silahı istehsal gücünü bilirik. Davamlı şəkildə uran zənginləşdirdiyini söyləyən İran isə bu həddin artıq 20 faiz olduğunu bildirir. Atom bombası üçün isə uranium-235-i 80-90 faiz zənginləşdirmək tələb olunur. Amma əsasən tibb və kənd təsərrüfatı sahəsində daha çox nəticə üçün 20 faiz zənginləşdirmə tələb olunur.
Qeyd edək ki, uranın zənginləşdirmə işi bahalı və bir o qədər də yüksək texnologiya tələb edir.
İqtisadiyyatı zəif olan Ermənistanın vəziyyəti isə daha çox diqqət çəkir. Çünki regionda maraqları toqquşan ölkələr yeni münaqişə ocağı yaratmaq, həmçinin zəngin təbii ehtiyatlara sahib Azərbaycandan daha çox faydalanmaq naminə Ermənistanın nüvə silahı istehsalına yardımçı ola bilərlər.
Əslində nüvə silah istehsalı Ermənistan üçün həyati əhəmiyyətə malik bir mövzudur. Çünki Ermənistanın şərq qonşusu Azərbaycan və qərb qonşusu Türkiyə ilə əlaqələri heç də ürəkaçan deyil. Ermənistanın Gürcüstanla əlaqələri isə iki tərəf arasındakı sərhəd problemləri və Rusiya ilə əlaqələrinin çox yaxşı olması üzündən istənilən səviyyədə etibarlı deyil. Sərhədə bitişik yeganə əlaqə isə İrandandır ki, bu ölkə ilə əlaqə də Azərbaycan-İran münasibətləri və İslam amili ilə bağlı arzu olunan səviyyədə deyil. Nəticə olaraq, Ermənistan Qafqaz bölgəsinin Şimali Koreyası və ya İsraili olmaq arxasıncadır. Üstəlik, Ermənistanın "xristianlığın ilk yayıldığı bölgə" olması iddiası da Qərbin xoşuna gəlir.
Demək, nüvə silahlanması nümunəsində olduğu kimi, Azərbaycanın birtərəfli qaydada qonşularıyla arasında münasibətləri yüksəltməsi və silahlanmanı artırması kafi deyil. Qarşımızdakı düşmənin nəyin arxasınca olduğu, onların nəyi istəyib-istəmədikləri yaxşı şəkildə analiz edilməlidir.

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel- 08-04-2021 16:46 Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
- 07-04-2021 17:03 Azərbaycanda hərbçi yanaraq ölüb
- 06-04-2021 12:37 Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başladı - VİDEO
- 06-04-2021 11:29 Əsgərin intiharı ilə bağlı cinayət işi başlanılıb
- 05-04-2021 17:33 Müharibədə HHQ-nin məhv etdiyi düşmən hədəfləri - VİDEO
- 03-04-2021 10:00 Şuşaya “İskəndər M” raketinin atılmasının görüntüləri - VİDEO
- 02-04-2021 16:53 Müdafiə Nazirliyindən deputatın ittihamlarına - Cavab
- 02-04-2021 16:41 ANAMA: Şuşaya atılmış raket "İskəndər-M"dir
- 01-04-2021 15:55 Zakir Həsənov Bayraktarla görüşdü
- 01-04-2021 10:19 Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
- 31-03-2021 16:15 Erməni deputat: “Kəlbəcərin erməni tarixinə heç bir aidiyyəti yoxdur”
- 30-03-2021 11:58 Topçu Vüsal müharibədən sonra... - FOTO
- 29-03-2021 15:19 Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb etdi
- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu
- 15-06-2020 09:23 Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
- 13-06-2020 09:29 Atəşkəs rejimi 21 dəfə pozulub