
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXeber.com-a verdiyi məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.
Həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən tərəfimizdən təkzib olunur. Belə ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilmiş, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınıb. Bununla yanaşı Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindiriliblər.
Hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılmış, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməmişdir ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub.
Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərmişdir ki, R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olub.
Göstərilənlərlə yanaşı R.Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi