
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. Bu barədə FaktXeber.com-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazir ölkəmizdə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.
Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini bildirən səfir Paskal Mönye “BakuTel-2012” İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində Fransa Milli Pavilyonu və orada təmsil olunan fransız şirkətlərinin iştirakına görə də təşəkkürünü bildirib. Fransız şirkətlərinin artıq ikinci dəfə “BakuTel”-də təmsil olunduğunu və bunun ənənəyə çevrildiyini vurğulayan Paskal Mönye Fransa şirkətlərinin növbəti ildə “BakuTel”-də iştirakının indidən planlaşdırıldığını, şirkətlərimiz arasında gələcək investisiya imkanlarının məhz bu platformada dəyərləndirilməsindən daha müsbət nəticələrin gözlənildiyini qeyd edib. Səfir həmçinin Azərbaycanın ilk süni peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevral ayında “Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılmasında Fransa şirkətlərinin iştirakından məmnunluğunu, ilk peykin buraxılmasında fransız maliyyə təsisatlarının töhfə verdiyini, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını, aşağı orbitli telekkomunikasiya peyklərinin buraxılmasında, həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.
Nazir də öz növbəsində fransız şirkətlərinə məxsus yüksək texnologiyaların tətbiqi ilə ilk peykimizin buraxılmasının Azərbaycana gələcəkdə yeni güc verəcəyini, eyni zamanda ölkələrimiz arasındakı münasibətlərdə yeni bir əməkdaşlığın təməlini qoyacağını qeyd edib.
Görüşdə 2010-cu ildə Parisdə imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fransa Respublikasının Sənaye Nazirliyi arasında innovasiya sahəsində əməkdaşlığa dair Saziş”ə yeni düzəlişlər edilərək, növbəti ildə yenidən imzalanması, həmin dövrdə ikinci “Fransa-Azərbaycan İKT Forumu”nun keçirilməsi də müzakirə olunub.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 23-06-2020 10:11 AMB-nin valyuta məzənnələri
- 23-06-2020 09:30 Nefti qiyməti bahalaşmağa başlayıb
- 19-06-2020 17:55 İyunun 22-də dolların manata qarşı məzənnəsi
- 19-06-2020 09:26 İyunun 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 18-06-2020 17:44 İyunun 19-da dolların manata qarşı məzənnəsi
- 18-06-2020 10:16 AMB-nin valyuta məzənnələri
- 17-06-2020 17:30 Sabaha olan xarici valyutaların manata qarşı məzənnələri
- 17-06-2020 09:20 Xarici valyutaların manata qarşı məzənnələri
- 16-06-2020 17:30 İyunun 17-də dolların manata qarşı məzənnəsi
- 16-06-2020 09:25 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 15-06-2020 10:00 Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb
- 12-06-2020 17:42 İyunun 16-da dolların manata qarşı məzənnəsi
- 12-06-2020 09:26 Xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 17:22 Sabaha xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 10:53 Azərbaycan nefti yenidən bahalaşıb
- 11-06-2020 09:10 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 10-06-2020 17:15 İyunun 11-də dolların manata qarşı məzənnəsi
- 10-06-2020 09:12 Xarici valyutaların manata qarşı məzənnələri
- 09-06-2020 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:37 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:10 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 06-06-2020 10:39 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 04-06-2020 11:57 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
- 04-06-2020 09:42 İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
- 03-06-2020 17:27 İyunun 4-də dolların manata qarşı məzənnəsi