Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2012
16:55
453
Quraq yay bu il Rusiyaya 7 faizlik inflyasiya vəd edir

Rusiya Mərkəz Bankının rəhbəri Sergey İqnatyev 2012-ci il üçün inflyasiya rəqəmlərinin 7 faiz həcmində nəzərdə tutduqlarını açıqlayıb.

FaktXeber.com-un məlumatına görə, Rusiya Parlamentinin alt qanadı Dumada aparılan işlərlə əlaqədar açıqlama verən İqnatyev, "14 noyabra kimi inflyasiya rəqəmləri 6,5 faiz təşkil edib. Noyabr və dekabr aylarının daxil ediləcəyi halda isə ilin sonu bu rəqəm 7 faiz ola bilər", - deyib.

Keçən il inflyasiya rəqəmlərinin 6,1 faiz səviyyəsində qaldığını xatırladan İqnatyev, "2012-ci ilin ilk yarısında inflyasiya çox aşağı idi. Buna ötən il məhsuldar keçən yay mövsümünün qida qiymətləri müsbət təsir etdi", - söyləyib.

İyul ayında inflyasiya rəqəmlərinin çox sürətli yüksəlməyə başladığını deyən səlahiyyətli, "quraq yay mövsümü mənfi təsir etdi. Bir ton buğdanın qiyməti ötən il 5700 rubl (150 dollar) olduğu halda, indi bu rəqəm 10 min rubla (330 dollar) qədər qalxıb. Taxılın qiymətlərindəki artım birbaşa qida sektorunu təsir etdi", - deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
91

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
950

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
164

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 18:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru