Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2012
17:05
RATİ-də jurnalistlərin döyülməsi müzakirə olundu

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 17 noyabrda Bakının mərkəzində keçirilmiş müxalifətin mitinqi zamanı media nümayəndələrinə qarşı düşünülmüş və planlaşdırılmış hücumu qətiyyətlə pisləyir və Azərbaycan hökumətini şahidlərin gözü qarşısında dörd jurnalistə fiziki təzyiq göstərmiş polis əməkdaşları barəsində lazımi tədbirlər görməyə çağırır.

RATİ 20-dən artıq jurnalistin mitinqin keçirildiyi bəzi yerlərə buraxılmamasından narahatlıq keçirir. Hakimiyyət orqanları qiyam polisinə barrikada və kordon qurmaqla media nümayəndələrinin hərəkətini məhdudlaşdırmağı tapşırmışdı. “Polisin nümayişdən reportaj hazırlayan jurnalistlərə mane olması yolverilməzdir. Bütün bunlar qorxu mühiti yaradır və insanlar mitinqdə çəkiliş aparmaqdan getdikcə daha çox ehtiyat edir”deyə RATİ sədri Emin Hüseynov bildirib.

Belə ki, aksiya zamanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, RATİ-nin əməkdaşı Rasim Əliyev polis təzyiqinə məruz qalıblar. Polis əməkdaşları əyinlərində ”Press” yazılmış gödəkcələrin olmağına baxmayaraq jurnalistləri təpik və yumruq zərbələri ilə döyüblər. Polislərin bu zorakılığı foto və video reportyorlar tərəfindən lentə alınıb.


Maraqlısı budur ki, jurnalistlərə qarşı bu qəddar və həyasız hücum Mətbuat Şurasının ofisində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş, Azərbaycanın Mətbuat Şurasının, habelə ATƏT-in Bakı Ofisinin də iştirak etdiyi “aksiyalar zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminardan heç bir həftə keçməmiş baş verdi. Təlim Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə jurnalistlərə tövsiyə olunub ki, iğtişaşlar zamanı öz təhlükəsizliklərini təmin etmək üçün üzərinə “Press” yazılmış gödəkcələr geyinsinlər.

"Biz bu təlimlərdən sonra etiraz aksiyaları zamanı polisin media nümayəndələrinə təzyiqinin azalacağına ümid edirdik. Amma tam əksinə, indi bu təzyiqin ikiqat daha artdığını görürük” deyə RATİ sədri Emin Hüseynov bildirib.


Son etiraz aksiyasında polis zorakılığı ilə üzləşmiş dörd jurnalist ötən ilin yazından bəri müxalifətin təşkil etdiyi dinc aksiyalar zamanı polisin fiziki təzyiqlərinə məruz qalmış jurnalistlərdən sonuncularıdır.

RATİ hüquq mühafizə orqanlarından intizam araşdırması keçirilməsini və cavabdeh polis əməkdaşlarının cəzalandırılmasını tələb edir. RATİ daxili işlər nazirini və baş polis idarəsinin rəisini gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırır. RATİ həmçinin Azərbaycan hökumətini jurnalistlərin təhlükəsizliyini təmin edən qanun tətbiq etməyə çağırır.

RATİ bir daha xatırladır ki, ölkədə media nümayəndələrinə qarşı həyata keçirilən təhdid və hücumlar araşdırılmır və cavabdehlər məsuliyyətə cəlb olunmur.


Beləliklə, RATİ ifadə azadlığının zorakılıqla məhdudlaşdırılmasını pisləyərək Azərbaycan hökumətini buna son qoymağa, jurnalistlərə edilən təzyiqləri araşdırmağa və bu təzyiqləri həyata keçirən şəxsləri cəzalandırmağa çağırır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
125

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
160

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
185

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
241

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
230
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru