Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2012
15:44
Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb. Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan nazir Əli Abbasov qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb. Bu barədə FaktXeber.com-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi Kamal Hacıyev məlumat verib.

Bu ilin 6-9 noyabr tarixlərində BMT və Azərbaycanın birgə təşkilatçılığı ilə VII İnternet İdarəçiliyi Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ümumilikdə genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, elektron xidmətlərin daha da genişləndirilməsi, ilk telekommunikasiya peykinin yaxın zamanlarda orbitə buraxılması, eləcə də digər milli və regional layihələrdən söz açan nazir İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti ilə internetin inkişafında “start-up”- kiçik, modern müəssisələrin yaradılmasına güzəştli şərtlərlə dəstək veriləcəyini və bu sahənin daha da inkişaf edəcəyini diqqətə çatıdırb.

Ölkəmizin uğurlarını müsbət qarşılayan Maykl Madigan da İllinoys ştatında, o cümlədən də Çikaqo şəhərində aparılan işlər barədə məlumat verib.

Görüşdə həmçinin, Azərbaycanın İT Fondu ilə İllinoys ştatının maliyyə fondları və mərkəzləri ilə gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə spiker  lazımi dəstək verəcəyini xüsusi vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61500

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59265

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60929

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60615

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66146

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60408

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60660
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 13:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru