Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2012
13:53
Yaxın Şərqin real problemi
BMT tərəfindən müəyyən edilmiş sərhədlərdən kənarda xeyli ərazini zəbt etmiş, yerli əhalini öz ev-eşiyindən qovmuş İsrailin, bu hərəkətləri nə üçün Qərb ölkələrinin qınağına səbəb olmur?

“Ərəblər neftə malik ola bilərlər, lakin bizim də kibritimiz var”

İsrailin keçmiş Baş naziri Ariel Şaron Yaxın Şərq regionunun İsrail atom silahı ilə həmişə nəzarətdə saxlana biləcəyinə işarə vuraraq qeyd edirdi ki, “Ərəblər neftə malik ola bilərlər, lakin bizim də kibritimiz var”. Buş hökuməti də özündən əvvəlki digər hökumətlər kimi Yaxın Şərq regionunda geniş neft yataqlarının nəzarətdə saxlanmasını ABŞ-ın xarici siyasətinin prioritet sahəsi hesab edir. Tarixən Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələri də bu regionda olan neft yataqlarına böyük maraq göstərmişlər. II Dünya müharibəsindən sonrakı dövrlərdə ABŞ ilə Sovet İttifaqı arasında soyuq müharibənin əsas sahələrindən biri də məhz Yaxın Şərq regionu uğrunda mübarizədən ibarət olmuşdur. ABŞ bu regionun tam nəzarətdə saxlanması üçün müxtəlif ideoloji variantlardan, təxribat və hərbi əməliyyatlardan istifadə etmişdir. Lakin həm soyuq müharibə dövründə, həm də ondan sonrakı dövrlərdə ABŞ öz neft maraqlarını qorumaq, həm öz iqtisadiyyatını fasiləsiz neftlə təmin edilmək , həm də dünya iqtisadiyyatını nəzarətdə saxlamaq üçün Yaxın Şərqdə xeyli vəsait sərf etməyə və regionda böyük miqdarda hərbi qüvvələri və hərbi obyektlər saxlamağa məcbur idi. Yaxın Şərq regionunda sərbəst fəaliyyət göstərmək və regionu nəzarət altında saxlamaq üçün hər hansı bir bəhanənin və ya Yaxın Şərqdə ABŞ-a təhlükə törədə bilən yeni bir “düşmənin” uydurulmasını və ya təşviq olunmasını tələb edirdi. ABŞ ideoloji maşını bu dəfə “islam fundamentalizmini” və “terrorizmi” əsas hədəf kimi uyduraraq Amerika cəmiyyətini buna qismən də olsa inandıra bildi. Türkiyənin Baş Naziri T. Ərdoğan 2005-ci ildə Asiya inkişaf Bankının İstanbulda keçirilən illik toplantısında haqlı olaraq qeyd etdi ki, “Terror qlobal haqsızlığın nəticəsidir”. Bəli, terrora qarşı mübarizə qlobal haqsızlığa qarşı mübarizənin tərkib hissəsi olmalı və onunla paralel aparılmalıdır.

ABŞ-ın Yaxın Şərq regionuna marağının artması tarixi sübut edir ki, həm soyuq müharibə dövründə, həm də ondan sonrakı dövrlərdə ABŞ hökuməti Yaxın Şərqdə öz xərclərini azaltmaq və regionda dayanıqlı nəzarəti təmin etmək məqsədilə İsrailin xidmətlərindən istifadə etməyi siyasi cəhətdən daha münasib hesab etmişdir. Belə ki, İsrail regionda neft ehtiyatı olan ölkələrlə, xüsusilə ərəb ölkələri ilə Fələstin məsələsinə görə konfliktdə olduğu üçün bu ölkənin dəstəklənməsi regionda mövcud konfliktin dərinləşməsinə və bəzi hallarda hərbi münaqişələrə səbəb ola bilərdi.

Münaqişələrin dərinləşdirilməsi və sonradan idarə edilməsi metodu ABŞ xarici siyasətinin əsas anatomiyasını təşkil etdiyi üçün İsraili öz tərəfinə çəkməklə ABŞ həm İsrail ərazisindən və əhalisindən hərbi məqsədlər üçün istifadə etmək, həm də İsrail-Ərəb konfliktindən istifadə edərək tələb olunan anlarda regiona müdaxilə etmək imkanı qazanmış olurdu. Beləliklə, ABŞ-ın İsraili himayəyə götürməsi və ona hər cür yardım göstərilməsi ABŞ-ı regionda kiçik miqyaslı, lakin ardıcıl hərbi əməliyyatlar aparmaq və ya təxribatlar törətmək zərurətindən xilas etdi. Bu məsuliyyət sonrakı dövrlərdə əsasən İsrailin üzərinə düşdü.

İsrail BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirmir

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Britaniya hökuməti, II Dünya müharibəsindən sonra isə ABŞ Yaxın Şərq siyasətlərində sionizmin zorakılığa əsaslanan yəhudi millətçi təşkilatı olmasından məharətlə istifadə etmişlər. Tarixə nəzər salsaq görərik ki, sionist millətçilik ideologiyası XIX əsrin sonlarında Osmanlı İmperiyasının zəifləməsi ilə sürətlənərək daha da ciddiləşmiş  və Britaniya İmperiyasına xidmət etmələri müqabilində sionistlərə Fələstin ərazisində “öz yurdlarını” yaratmağa söz verən Britaniya Balfour Deklarasiyası ilə daha da inkişaf etməyə başlamışdır. Bu deklarasiya James Lord Balfourun Lord Rothschildə 2 Noyabr 1917-ci il tarixdə yazdığı məktubda öz əksini tapır. Deklarasiyada deyilir ki, “Hökumət Fələstində Yəhudilər üçün milli yurdun salınmasına lütfkarlıqla baxır və bu məqsədə nail olmaq üçün mümkün olan hər şeyi edəcəkdir. lakin aydın başa düşülməlidir ki, Fələstində yerli qeyri-yəhudi icmalarının vətəndaş və dini hüquqlarını, və ya digər ölkələrdə Yəhudilərin malik olduğu hüquqları və siyasi statusları məhdudlaşdıran heç nə edilməməlidir”. Lord Balfour bu deklarasiyanın surətini Lord Rothschildə göndərərək ondan xahiş edir ki, deklarasiyanın mətnini Sionist Federasiyasının diqqətinə çatdırsın.

Bu məşhur deklarasiya indi tamamilə yaddan çıxan qeyri-mümkün şərtləri nəzərdə tuturdu, belə ki, yəhudilərin yerləşəcəyi ərazi Fələstində Ərəblərin çoxluq təşkil etdiyi ərazilərin hesabına olmamalı idi. II Dünya müharibəsində sonra BMT ilə səlahiyyət verilənə qədər Sionist dövləti faktiki olaraq mövcud deyildi. Bu dövlətin Fələstin ərəblərinə qarşı irqçi siyasəti və insan hüquqlarını pozması ilə xarakterizə olunan sonrakı əməlləri, həmçinin Fələstin kəndlərinin buldozerlə dağıdılması, İsrailin mandatlığında olan ərazilərdən kənar ərazilərin zorla işğal edilməsi, beynəlxalq hüquqa zidd olaraq zəbt edilmiş ərazilərdə öz əhalisinin yerləşdirilməsi BMT tərəfindən dəfələrlə tənqid edilmişdir. İsrail qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin heç biri yerinə yetirilməmişdir. Əgər belə bir addımı dünyanın hər hansı bir ölkəsi atardısa bu ölkəni “yaramaz ölkə” kimi heç kəs qəbul etməzdi.

İsrail-Fələstin münaqişəsində Azərbaycan-Ermənistan münaqişəsinə oxşar çox cəhətlər var. Bu cəhətlərdən birincisi və ən təhlükəli olanı münaqişəyə “tarixi baxışdır”. Sionizm Fələstin ərazisində min illər bundan əvvəl Yəhudi dövlətinin olduğunu iddia edərək Fələstini işğal edir.

BMT Azərbaycanla Fələstinə eyni münasibət göstərir

Eyni məntiqlə Ermənistan qoşunları Dağlıq Qarabağı öz nəzarətlərinə alaraq bu ərazinin Azərbaycandan ayrılmasını tələb edirlər. Bir anlığa Dağlıq Qarabağ ətrafında Azərbaycan-Ermənistan münaqişəsinə dünya ölkələrinin, xüsusilə də ABŞ-ın münasibətinə diqqət yetirək. Bu münaqişənin hələ ilk vaxtlarında öz ərazilərini müdafiə edən Azərbaycana qarşı ABŞ-da mənfi münasibət Azadlıq Aktına 907-ci düzəlişlə nəticələndi və Azərbaycana mümkün olan birbaşa yardımlara məhdudiyyət qoyuldu. Başqa sözlə desək, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı BMT tərəfindən qəbul edilmiş dörd qətnamə yerinə yetirilmir, əksinə Azərbaycana mümkün yardımlara məhdudiyyətlər qoyulur. Eyni ilə belə münasibət İsrail-Fələstin münaqişəsində də aydın görünür. Bəs BMT tərəfindən müəyyən edilmiş sərhədlərdən kənarda xeyli ərazini zəbt etmiş, yerli əhalini öz ev-eşiyindən qovmuş İsrailin, bu hərəkətləri nə üçün Qərb ölkələrinin qınağına səbəb olmur? İsrail nə üçün BMT-nin qəbul etdiyi qətnamələri vecinə almır.

Kim onu beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir; beynəlxalq təsir mexanizmləri, yoxsa hər şeyini, nəhayət ümidini itirmiş insanların terror hərəkətləri? ABŞ tərəfindən İsrailin bu səviyyədə müdafiə edilməsinin arxasında nə durur? Təkcə İsrail lobbisinin gücümü, yoxsa ABŞ-ın imperialist xarakterindən irəli gələn iqtisadi maraqlar? Yoxsa ABŞ-ın “dünya ağalığı” ambisiyalarının başında dayanan İsrail lobbisi? Dünyaya demokratik dəyərləri təbliğ edən Qərb ölkələri bu açıq-aydın haqsızlığa nə üçün etinasız yanaşır?

Faşist Almaniyası tərəfindən yəhudilərə qaşı tətbiq edilən genosid Sionistlər tərəfindən fələstinlilərə qarşı yuxarıda dediyimiz haqsızlıqlara və zorakılıqlara nə üçün haqq verməlidir? Məgər bu genosiddə Fələstinlilər günahkardırmı? Bəlkə genosidin əsas səbəblərini təkcə faşist Almaniyasının mahiyyətində yox, həm də ABŞ və Britaniya xarici siyasətinə güclü təsir imkanları olan Sionist təşkilatlarının fəaliyyətində axtarmaq daha düzgün olar. Sionizm tarixini və Hitler Almaniyasının günahsız yəhudilərə qarşı törətdiyi qətliyamın tədqiqatçıları bu qətliamda Sionist təşkilatlarının iştirakının olduğunu dəfələrlə təsdiq etmişlər. Bu tədqiqatçılardan biri, Rəfael Conson yazır ki, “Hələ Hitler hökuməti Alman Yəhudilərinin hüquqlarını məhdudlaşdırmazdan xeyli əvvəl ümumdünya Yəhudi icmasının liderləri “Yeni Almaniyaya” müharibə elan etdilər. Bu o vaxt idi ki, ABŞ hökuməti və hətta Almaniyada yaşayan Yəhudi liderləri yeni Hitler rejimi ilə əlaqələrin qurulmasını müzakirə edirdilər. Ümumdünya Yəhudi rəhbərliyinin Almaniyaya müharibə elan etməsi Almaniya hökumətində nəinki müəyyən intiqam hissinə təkan verdi, həmçinin Hitler hökuməti ilə Sionist hərəkatının rəhbərləri arasında gizli iqtisadi və siyasi ittifaqın yaranmasına səbəb oldu. Sionist hərəkatının rəhbərləri əmin idilər ki, belə gərginlik kütləvi şəkildə Fələstinə axını təmin edəcəkdir”.

Qeyd edək ki, həm İsrail dövlətinin yaranmasına qədər, həm də ondan sonra, hətta bu günə qədər Sionizmin həyata keçirdiyi siyasətdən biri yəhudilərin Fələstinə köçürülməsinin təşviq edilməsindən ibarət olmuşdur. Nəzəri cəhətdən bunu üç yolla etmək mümkün idi. Birincisi, yəhudilərin milli vətənpərvərlik hisslərinin gücləndirilməsi yolu ilə onları öz dövlətlərinin yaradılmasına həvəsləndirmək, ikincisi, yəhudilərə qarşı antisemitizm əhval ruhiyyəsindən istifadə edərək onların təhlükəsizliyinin qoruması bəhanəsini yaratmaq, üçüncüsü, İsraildə yaxşı həyat şəraitinin yaradılması və daha yüksək sosial imkanların olmasını təşviq etməklə. İsrail dövləti formalaşana qədər bu variantlardan yalnız birinci ikisini etmək mümkün idi. Bu iki variantdan birincisi daha romantik və qeyri-real, ikincisi isə faşist Almaniyasının irqçi siyasəti fonunda daha real idi. Odur ki, Sionist liderlərin bu tarixi məqamdan istifadə etmələri kifayət qədər məntiqli görünür. Mən hər cür terrorun və zorakılığın əleyhinəyəm. Hitler Almaniyası tərəfindən milyonlarla yəhudinin və digər xalqların qətlə yetirilməsini də insanlığa və bəşəriyyətə qarşı böyük cinayət hesab edirəm. Lakin belə cinayətlərin bir daha baş verməməsi üçün onun doğuran səbəblər tədqiq edilməli və aradan qaldırılmalıdır.

BMT tərəfindən İsrail dövlətinin yaradılması haqqında qərar qəbul edilən dövrdə Fələstin ərazisinə köç etmiş yəhudilər, xüsusilə Avropa mənşəli yəhudilər bu ərazidə hələ azlıqda idilər və torpağın çox az hissəsinə onlara məxsus idi. Bu gün İsrail dövlətinin də Azərbaycan kimi terrora məruz qalmasını və bu iki dövlətin eyni tale yaşadığını qeyd edən Azərbaycan və İsrail siyasiləri və alimləri heç bir təqsiri olmayan Fələstin ərəblərinin Sionist qoşunları tərəfindən öz yurdlarından qovulmasını və Sionist ordusu tərəfindən zorakılığa məruz qalmasını unutmamalıdırlar.

Ermənistandan, Dağlıq Qarabağdan və işğal edilmiş ətraf rayonlardan qovulmuş günahsız azərbaycanlılar İsrail dövlətinin yox, məhz sionist rejiminin və onu müdafiə edən ABŞ imperializmini qurbanı olmuş fələstinlilərin taleyini yaşayırlar.

Mayis Güləliyev
Azərbaycan Yaşıllar Partiyasının sədri, politoloq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
530

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
348

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
342

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
323

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
437

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
436

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
637
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 03:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru