Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2012
17:10
Baş Prokurorluq imtahanla bağlı ilkin açıqlamanı verdi

Bu gün prokurorluq orqanlarına işə qəbul arzusunda olan şəxslər üçün vakant 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXeber.com-a verdiyi məlumata görə, 2012-ci il mayın 31-də prokurorluq orqanlarına işə qəbulla əlaqədar vakant olan 100 ştat vahidi üzrə elan edilən növbəti 11-ci müsabiqənin şərtlərinə cavab verən 461 namizədin (onlardan 54-ü qız) sənədləri qəbul edilib və həmin namizədlər müsabiqənin ilkin test imtahanı mərhələsinə buraxılıb. Onlardan 13 sentyabr 2012-ci il tarixdə keçirilən test imtahanında 442 nəfər iştirak edib və 90 nəfər müvəffəqiyyət qazanaraq, növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ əldə edib. Yazılı imtahan namizədlərin müvafiq qanun və digər normativ hüquqi aktları tətbiq etmək qabiliyyətinin müəyyən olunması məqsədi daşıyır.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edib. İmtahanı 30-a yaxın hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunan mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra ümumi nəticə Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) yerləşdiriləcək.

Müsabiqənin növbəti mərhələsi olan müsahibənin keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68284

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65672

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67524

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66831

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72346

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66599

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66918
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 04:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru