Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2012
17:00
Baş Prokurorluqdan Mətanət İsgəndərli açıqlaması
"Məlumatları yayarkən onları tələskənliyə yol verməyin"

Baş Prokurorluq Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı prokurorluğa çağırılmasına dair mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilən cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən şahidlərin dindirilməsi, üzləşdirilməsi və sair barədə informasiyaların ictimailəşdirilməsi istintaqın maraqlarına zidd olduğundan istintaqın hazırkı mərhələsində istintaq sirri təşkil edən həmin məlumatların yayılması cinayət prosessual qanunvericiliyinin tələblərinə görə yolverilməzdir. Zərurət yaranacağı təqdirdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

E. Sultanov KİV nümayəndələrinə müraciət edərək bu qəbildən olan məlumatları yayarkən onları tələskənliyə yol verməməyə çağırıb.

Qeyd edək ki, bəzi KİV-də Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı əməkdar artist Mətanət İsgəndərlinin istintaqın suallarını cavablandırmaq üçün prokurorluğa dəvət edilməsi barədə məlumatlar yayılıb. \apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68279

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67514

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66821

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72336

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66594

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66908
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 04:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru