Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2012
14:55
1411
Zamin Hacıdan “qiyamət günü” açıqlaması
“Göyə baxmayan və göy haqqında elmdən xoşu gəlməyən bir millətin, planetlərin hansısa tarixdə ard-arda düzülərək yeri qaranlığa bürüyəcəyinə inanması çox təəccüblüdür”

Artıq bir neçə gündür ki, dünya mediasının əsas gündəm xəbərlərindən biri 21 dekabrda dünyanın sonunun çatması ilə bağlı yayılan məlumatlardır. Kimlər üçünsə bu xəbərin əhəmiyyətsiz olmasına baxmayaraq, bəzi insanlar deyilən məlumatları ciddiyə alaraq müəyyən hazırlıq işlər görüblər. Hətta bank hesablarında pulu olan şəxslər, öz pullarını götürərək indidən xərcləməyə başlayıblar. Eyni halda Azərbaycan cəmiyyətində də bu xəbərləri ciddiyə ala biləcək kifayət qədər insanlar var. Hətta insanların dükanlardan çoxlu sayda şam alaraq hazırlıq tədbirləri gördükləri bildirilir. Bəs media nümayəndələri bu məlumatları nə qədər ciddiyə alırlar? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən tanınmış köşə yazarı, jurnalist Zamin Hacı yayılan məlumatları həddən artıq “ciddiyə” aldığını bildirdi. Zamin bəy qeyd etdi ki, azərbaycanlıların bu işə yanaşması olduqca maraqlıdır: “ Bir dəfə İsa peyğəmbərdən soruşurlar ki, dünyanın axırı necə olacaq? O, da cavab verir ki, məgər əvvəli bilirsiniz ki, axırı da soruşursuz? İndiki vəziyyət də ona oxşar bir məsələdir. Bu xəbərdən daha çox insan azadlığı olmayan ölkələrin əhalisi narahatdır. Normal şəkildə yaşayan xalqlar bu xəbərə əhəmiyyət vermirlər. Amma kimlər ki, normal həyat yaşamırlar, onlar bu tip xəbərlərdən qorxurlar. Çox paradoksal bir şeydir. Səhərdən axşama qədər it zülmü çəkərək bir tikə çörək qazanan şəxslər üçün həyat çox qiymətlidir. Psixoloqlar da izah edirlər ki, çətin həyata düşən insanlar daha çox yaşamaq istəyirlər.”

Yayılan məlumatlara olduqca qeyri-ciddi yanaşdığını bildirən Zamin bəy, “ hazırda orta məktəblərdə əvvəllər keçirilən astronomiya dərsləri ləğv edilib. Dərs keçiriləndə belə o qədər də yaxşı oxunmurdu. Əksər şagirdlərin astronomiya dərsindən acığı gəlirdi. İndi də maraqlıdır ki, göyə baxmayan və göy haqqında elmdən xoşu gəlməyən bir millətin, planetlərin hansısa tarixdə ard-arda düzülərək yeri qaranlığa bürüyəcəyinə inanması çox təəccüblüdür ”, - deyə bildirdi: “ Görünür necə ki, o vaxtlar ay batanda insanlar dəmir və ya qazan döyəcləyirdilər fəlakət uzaqlaşsın, indi də həmin savadsızlığın ardı davam edir. Bu cür problemlər sırf təhsilin bərbad vəziyyətində olmasından doğur.”

Sonda Zamin bəy dostu ilə bağlı maraqlı bir hadisə haqqında məlumat verdi: “ Mənim bir dostum həmişə deyirdi ki, mən yeriyəndə heç vaxt göyə baxmıram. Ona görə ki, hər şey yerdədir, göydə heç nə yoxdur. Yerə baxanda adam pul tapır. Çünki mən bir neçə dəfə yerə baxdığıma görə pul və qızıl tapmışam.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
486

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1321

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
64

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1648

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
695

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
89

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
86

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
90

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
96
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru