Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2012
14:26
İnternet və Azərbaycan gəncliyi
“Aydınlığa doğru” və “Elm yurdu” İctimai Birliyi gənclərin virtual ünsiyyətə marağı və sosial fəallığının azalması ilə bağlı müzakirələr aparıb

2012-ci il noyabrın 2-də Azərbaycan Dillər Universitetində “Gənclərimizin virtual ünsiyyətə marağı və sosial fəallığının azalması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi və “Elm yurdu” sosial araşdırmalar İctimai Birliyinin təşəbbüsü ilə “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində təşkil edilib. 

İctimai Birlikdən FaktXeber.com-a verilən məlumata görə, tədbirdə çıxış edən ADU-nun prorektoru Ələddin Əliyev bildirib ki, internet gənclərin qarşısında böyük imkanlar açır, zəngin məlumat bazalarına girişi asanlaşdırır, həyatın müxtəlif sahələrində baş verən yenilikləri operativ şəkildə izləməyə kömək edir. Ə.Əliyev eyni zamanda onu da vurğulayıb ki, internetdən asılılığın mənfi nəticələri dərindən öyrənilməlidir və bu, artıq həm Azərbaycanda, həm də xaricidə alimlərin diqqətini cəlb edir. Virtual asılılıq və onun nəticəsi olan özünəqapanma, Ə.Əliyevin sözlərinə görə, müxtəlif xəstəliklərə və mütaliəyə marağın azalmasına gətirib çıxarır ki, bu da olduqca ciddi bir problemdir.

“Hatt Recers” konsaltinq şirkətinin direktoru, sosioloq Şahin Zülfüqarov qeyd edib ki, internet vasitəsilə ünsiyyətə meyllilik çox zaman kompensasiya xarakteri daşıyır: öz problemlərini yaxınları ilə bölüşə bilməyən insanlar üçün virtual ünsiyyət vacib amilə çevrilir.

Daha sonra bu mövzunu Qafqaz Strateji Tədqiqatlar İnstitutunun geomədəniyyət departamentinin direktoru Elmir Quliyev davam etdirib və bildirib ki, gənclərimizin öz aralarında və yaxınları ilə qarşılıqlı münasibətlərindəki problemlər Qərbin bizə təlqin etdiyi utilitar mənəviyyatın nəticəsidir. İnternet gənclərimizdə azadlıq və hər şeyin mümkünlüyü barədə yanlış təsəvvür yaradır və virtual aləmdə formalaşmış davranış modelləri daha sonra çox asanlıqla real həyatda tətbiq edilir.

Məşhur həkim-psixoterapevt, dövlət televiziya kanalında “Ailə həkimi” proqramının aparıcısı Əli Nağıyev internetdən asılılığın sosial-psixoloji aspektlərinə toxunub. Ə.Nağıyev qeyd edib ki, dünyanı çuğlamış bu şəbəkədən insan yalnız onu maraqlandıran məlumatları almaqla kifayətlənmir, internet həm də onun üçün özünütəsdiq və özünüifadə vasitəsinə çevrilir. 

ADU-nin həmkarlar komitəsinin sədri, dosent Misgər Məmmədov virtual məkanda gənclərin üzləşdiyi təhlükələri sadalamış və qeyd edib ki, gənclərin müasir texnologiyalardan istifadə edərkən öz milli-mədəni identikliyini qoruyub saxlamaları cəmiyyətimiz və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bunun üçün isə gənclərimizlə kompleks şəkildə məqsədəyönlü iş aparılmalıdır. 

“Yeni yol” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Adil Abdullayev özünün sosial şəbəkələrdəki virtual fəallığından,  eləcə də  ölkə gəncləri ilə apardığı məhsuldar işindən və bu iki amili  birləşdirmək  təcrübəsindən danışıb.

Daha sonra “Aydınlığa doğru” İctimai Birliyinin sədri, tanınmış telejurnalist Solmaz Əmirli dinləyicilərin diqqətini kompyüter  asılılığı və sosial fəallıq arasındakı əks-əlaqəyə yönəldib. Bir sıra Qərb ölkələrindəki gənclərin ictimai fəaliyyəti barədə statistik məlumatları onların diqqətinə çatdıran S.Əmirli tələbəri sosial həyatda fəal olmağa, gənclər təşkilatlarında  və xeyriyyə aksiyalarında yaxından iştirak etməyə çağırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61500

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59265

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60929

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60610

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66146

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60408

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60660
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 13:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru