Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2012
16:06
Rövşən Əhmədli
"Bu gün başda YAP olmaqla Səidə qocamanlılar böyük bir cəhdlə çalışsalar belə, Azərbaycanda İslam hökuməti qurmaq onlara müyəssər olmaz"

Dünən Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, SDİ direktoru Leyla Yunus AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşüblər. Görüş Monitorinq Qrupunun üzvləri ilə Leyla Yunus arasında yaranmış fikir ayrılığına görə gərgin keçib. Gərginlik əsasən həbsdə olan islamçıların adlarının Ştrasserin siyahısına salınması məsələsinə Novella Cəfəroğlu və Səidə Qocamanlının sərt münasibətləri olub.

L.Yunusun sözlərinə görə, ondan sonra çıxış edən Novella Cəfəroğlu və Səidə Qocamanlı bildirdilər ki, Ştrasserin siyahısı ilə razılaşmırlar: “Qocamanlı bildirdi ki, siyahıda olan bəzi adamlar artıq azadlıqdadır, o cümlədən islamçılar və Səid Dadaşbəylinin dəstəsindən olanların məhkəməsini yenidən keçirilməlidir. S.Qocamanlı sözünə davam edərək qonaqlara, “siz islamçıların kim olduğunu bilirsinizmi, onlar İrandan pul alıb islam respublikası qurmaq istəyirlər və aksiyalarında ABŞ-ın bayrağını yandırırlar” fikirlərini deyəndə, mən Konstitusiyaya və qanunvericiliyə əsaslanmağın vacibliyini xatırladaraq sual etdim ki, onlara qarşı hansı cinayət işi açılıb? Amma Qocamanlı bir daha həmin məhbusları siyasi məhbus kimi tanımayacaqlarını bildirib yenə İran məsələsinə qayıtdı. Novella Cəfəroğlu hökumətlə birgə yaxşı işlədiklərini xatırladaraq bildirdi ki, Ştrasserin həmməruzəçi olması prosesin inkişafına mane oldu. Onlar israrla Ştrasserin siyahısını düz olmadığını və özlərinin hazırladığı siyahını təqdim etdiklərini bildirdi.”

Səidə Qocamanlının və Novella Cəfəroğlunun ittihamları ilə bağlı FaktXeber.com-a açıqlama verən AİP funksioneri Rövşən Əhmədli bildirdi ki, hüquq müdafiəçisi kimi şərəfli bir vəzifəni üzərilərinə götürən insanların bu qədər qeyri-dürüst bir mövqe sərgiləməsi acınacaqlı vəziyyətdən xəbər verir: “Əslən bu ölkədə baş verən eybəcərliklərin ən böyüyündən biri budur ki, kim nə işlə məşğul olduğunun fərqinə varmadan kimlərinsə mövqeyindən çıxış edirlər. Və belə narahatçılıq təbii ki, bu cür hüquq müdafiəçilərinin haradan yönləndirilmələri və maliyyələşməsindən asılıdır. Söhbət bu gün hər hansı bir insanın əqidəsinə, fəaliyyətinə görə cəza almasından, təqib olunmasından, günahsız yerə həbsə atılanların dərhal azad edilməsindən gedir, nəyinki hakimiyyət qurmasından. Bu gün başda YAP olmaqla Səidə qocamanlılar böyük bir cəhdlə çalışsalar belə, Azərbaycanda İslam hökuməti qurmaq onlara müyəssər olmaz. Belə sözlər dəfələrlə deyilib və məntiqli cavabları da verilib. Ona görə də kimlərinsə hansısa qapalı məclislərdə nə danışması əhəmiyyətsizdir və bu onların şəxsi mülahizələridir. Bu gün Azərbaycan yetərincə layiqli, öz vəzifəsini şərəflə yerinə yetirən hüquq müdafiəçiləri var ki, bütün dünya da onları əsl insan haqları müdafiəçisi kimi tanıyırlar. Məhz onlar da Azərbaycandakı siyasi məhbusların, o cümlədən AİP sədri və lideri Mövsüm Səmədov başda olmaqla islamçıların həbsini siyasi mübarizəyə və əqidələrinə görə olduğunu təsdiqləyiblər. Beynəlxalq təşkilatlar da bu məsələyə qocamanlıların fikri ilə deyil, insan haqları müstəvisindən yanaşırlar və islamçıları da siyasi məhbus kimi tanıyırlar.”

Məqalədə : Rövşən Əhmədsli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61238

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59010

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60708

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60313

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65850

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60146

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60344
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 14:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru