Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2012
11:56
Region gəncləri üçün yeni internet sayt təqdim olundu
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin internet saytının təqdimat mərasimi keçirilib

Gənclər üçün Təhsil Mərkəzindən FaktXeber.com-a verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən "River Side" otelində Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin internet saytının (www.gtm-mingecevir.az) təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Tural Kərimov Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının surətli inkişafı və bu prosesdə gənclərin fəallığı barədə çıxış edib.

O qeyd edib ki, Mingəçevirdə ilk QHT saytının yaradılması və xüsusilə gənclər üçün nəzərdə tutulması ciddi hadisədir.

Daha sonra saytın ayrı-ayrı bölmələri üzrə təqdimatlar olub.

Qeyd olunub ki, saytda gəncləri maraqlandıran yeniliklər, layihə və proqramlar, yerli və beynəlxalq tədbirlər haqqında elanlar, Mərkəzə üzvlük qaydaları, sosial şəbəkələrə çıxış imkanları, sorğular və s. mütəmadi olaraq fəaliyyət göstərəcək.

Tədbirdə iştirak edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi, Mingəçevir Turizm Kollecinin direktor müavini, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, ayrı-ayrı universitetlərin tələbə təşkilatlarının, o cümlədən yerli QHT-lərin rəhbərləri və fəal gənclər çıxış edərək regionda fəaliyyət göstərən ofisin internet saytının yaradılmasını ciddi uğur kimi qiymətləndiriblər. Bildirilib ki, bu sayt imkan verəcək ki, Mingəçevir şəhərinin gəncləri öz bilik və bacarıqlarını bütün ölkəyə çatdırsınlar.

Sonda qeyd edilib ki, yaxın vaxtlarda sözügedən saytda müxtəlif dəyişikliklər edilərək, interaktivliyi daha da artırılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62336

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
60074

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61754

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61392

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66881

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
61153

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61373
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2021 23:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru