Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2012
16:40
Amnesty International: İnternet İdarəetmə Forumunun Azərbaycanda keçirilməsi istehza doğurur

Amnesty International təşkilatı noyabr ayında Bakıda keçiriləcək yeddinci illik İnternet İdarəetmə Forumu (IGF) ərəfəsində Azərbaycanla əlaqədar mətbuat üçün məlumat yayıb.

Məlumatda təşkilatın Azərbaycan üzrə rəsmisi Max Tucker qeyd edib ki, forumun Azərbaycanda keçirilməsinə “dərin istehza ilə yanaşılır”.

FaktXeber.com-un verdiyi məlumata görə, o bildirib ki, “bu ölkədə hökumət nə vaxt istəsə  bloqerləri həbs edir,  sosial şəbəkələrdə fəaliyyət göstərən adamları ruhi xəstə kimi təqdim edir”.

Həmçinin qanunvericiliyin İnternet və sosial mətbuat azadlığına qoyduğu məhdudiyyətlər və İnternet istifadəçilərinin nəzarət altında olması barədə məlumat var.

“Onlayn İfadə Təşəbbüsü” adlanan, ölkədə İnternetə mövcud olan məhdudiyyətlərə nəzarət edən yerli QHT-lər birliyinə istinad edərək Amnesty International qeyd edir ki, “İnternet provayderləri Rabitə və İnformasiya Texnologiyası Nazirliyi tərəfindən təchiz olunan məlumat ayıran proqramlar quraşdırmalıdır. Bu proqramlar istifadəçilərin İnternet tətbiqinə nəzarət etmək və onların əlaqələrini ələ keçirmək üçün birbaşa Milli Təhlükəsizlik Nazirliyi tərəfindən icra olunur”, - məlumatda deyilir.

Təşkilat həmçinin bəyan edir ki, bu nəzarəti yerinə yetirmək üçün rəsmi göstəriş lazım olsa da qanunda bu göstərişi istifadəçiyə və ya provayderə təqdim etməyə heç bir zərurət yoxdur.

İnternet televiziyası və radiosunun tənzimləməsi haqqında qanun layihəsinə görə,  “ifadə azadlığına de-fakto məhdudiyyət funksiyası olmamalıdır”.

İnternet İdarəetmə Forumu noyabrın 6-dan 9-dək Bakıda keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61500

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59265

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60929

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60610

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66146

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60408

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60660
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 12:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru