Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2012
17:27
“Yeni qanunla xalqın müqavimət gücünü qırmaq istəyirlər”
Akif Heydərli: “Əvvəllər zor tətbiq etməklə polis dəyənəkləri altında bu azadlıqları vətəndaşların əllərindən alınırdısa, indi bu prosedur mədəni və qanuni şəkildə həyata keçirilir”

“Azərbaycanda istər sərbəst toplaşmaq, istərsə də digər konstitusion hüquqların pozulması ilə bağlı hakimiyyətin atdığı son addımlar öz qeyri-qanuni əməllərini qanuni şəklə salmaq kimi qiymətləndirilməlidir. “ Bu sözləri FaktXeber.com-a AİP-in funksioneri Akif Heydərli, “Sərbəst Toplaşmaq” azadlığı haqqında Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə münasibət bildirərkən söyləyib. 

 Hakimiyyətin bu cür insan haqlarına ziddi addımlarının son vaxtlar qəbul edilən dini və etiqad azadlığı, eyni halda müzakirəyə çıxarılan sərbəst toplaşmaq haqqında qanunda da öz əksini tapdığını bildirən Akif Heydərli,  

hakimiyyətin beynəlxalq təşkilatlar və demokratik təsisatlar qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyini bildird: “Yəni vətəndaşların sərbəst toplaşmaq azadlığı və azad fikir söyləmək hüquqları əllərində zorla yox, qanuni şəkildə alınır. Əvvəllər zor tətbiq etməklə polis dəyənəkləri altında bu azadlıqları vətəndaşların əllərindən alınırdısa, indi bu prosedur mədəni və qanuni şəkildə həyata keçirilir. ” 

Baş verənlərin hamısının konstitusiyamıza zidd olduğunu bildirən Akif Heydərli, “qanunverici orqanda təmsil edilən şəxslər xalqın maraqlarını təmin etmək baxımından tamamilə əks qütbdə dayanırlar. Belə ki, qəbul edilən qanunlar olduqca mürtəce xarakter daşıyır. Bu da şübhəsiz xalq və hakimiyyət arasındakı uçurumu daha da  dərinləşdirir” , - deyə bildirdi: “ Şübhəsiz ki, bu cür addımlar sosial partlayışa gətirib çıxaracaq. Milli Məclisdə təmsil edilən şəxslərin əksəriyyətinin hakim partiyanın üzvləri olduğunu nəzərə alsaq, irəli sürülən mürtəce qanunlar birmənalı olaraq qəbul edilir. Elə bir qanun yoxdur ki, hakim partiya tərəfindən irəli sürülsün və qəbul edilməsin. Hakim partiya yeni mürtəce qanunların xalqın hüquq və azadlıqlarına zidd olduğunu bildiklərinə baxmayaraq, həmin qanunların qəbulunu təsdiqləməkdən çəkinmirlər.” 

Sonda AİP funksioneri onu da bildirdi ki, hakimiyyət bu cür qanunlarla keçiriləcək prezident seçkiləri öncəsi xalqın əzm və müqavimət ruhiyyəsini qırmaq istəyir: “Xalqın müqavimət gücünün qarşısını zor qanunları ilə almaq istəyirlər. Yeni qanunlar beynəlxalq hüquq normaları cəhətindən də məntiqə sığmır. Təəssüflər olsun ki, baş verən son olaylar və məlum Gülər Əhmədova video qalmaqalı hakimiyyətin bir əldə cəmlənməsi və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəlikləri qulaq ardına vurmaq kimi qiymətləndirilməlidir. Əlbəttə ki, xalq yeni qadağaları xalq qəbul etməyəcək. Bu qanunların heç biri xalqın iradəsi ilə uyğun gəlmir. “

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6440

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6821

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6832

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9377

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6522
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 08:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru