Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2012
10:51
503
Şeyx `Vətən övladı` qızıl medalına layiq görülüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılov ilə görüşüb

QMİ-nin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Eldar İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin İslam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib.

E.İsmayılov bildirib ki, “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondu milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri “Vətən övladı” qızıl medalı ilə təltif edir. Fondun İdarə heyətinin qərarı ilə Şeyxülislam Allahşükür Paşazadə bu il həmin mükafata layiq görülüb. Fondun rəhbəri “Vətən övladı” qızıl medalını Şeyxülislam həzrətlərinə təqdim edib.

Allahşükür Paşazadə mükafata görə təşəkkürünü bildirib, fonda gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Xatırladaq ki, “Vətən övladı” qızıl medalına layiq görülənlər arasında görkəmli tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Ukraynanın sabiq prezidenti Leonid Kuçma kimi tanınmış şəxslər var. Qafqaz Müsəlmanları İdarəsinin sədri bu medala layiq görülən ilk din xadimidir.

http://img.salamnews.org/a72efa113e2a54a59709d203d8b52dc7/4_106.jpg

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1138

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 00:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru