Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2012
18:13
Baş Prokurorluq təkzib edir
İstintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur

Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXeber.com-a verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələrində «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər Vüqar Qonaqov və Zaur Quliyev dindirilərkən, şübhəli şəxs qismində tutularkən, onlara ittiham elan olunarkən, barələrində həbs qətimkan tədbiri seçilərkən və onlarla bağlı digər istintaq hərəkətləri yerinə yetirilərkən Azərbaycan Respublikasının Cinayət-Prossesual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən hüquqi yardım almaq hüquqları tam təmin edilmiş, bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə keçirilib.

Göstərilənlərlə yanaşı onların müdafiəçilərinin vəsatət və müraciətlərinə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və müddətlərdə baxılması təmin edilir.
Bundan başqa 9 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Vüqar Qonaqovun vəkili Rəşid Hacılı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən istintaq qrupunun rəhbəri, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim  Ləmbəranskinin iştirakı ilə qəbul edilib və Vüqar Qonaqovun müvəqqəti saxlama təcridxanasında saxlanılarkən onunla qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68399

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66966

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72446

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66719

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67043
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 23:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru