
"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi, ölkəmizin hazırkı mediya durumu ilə bağlı maraqlı açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov FaktXeber.com-a verdiyi açıqlamasında bildirib ki, indi televiziya və qəzet mediyası, internet informasiyasına rəqabətdə uduzur: "Artıq Azərbaycanda internet saytları, ən oxunaqlı informasiya vasitəsinə çevrilib. İndi cəmiyyətin böyük hissəsi, televiziyalardan və qəzet səhifələrindən qat-qat daha çox, məhz internet informasiyasına böyük önəm verir. Bu isə o deməkdir ki, televiziya və qəzetlər operativ informasiya rəqabətində internet saytlarına uduzurlar. Qarşıdakı illərdə bu daha kəskin xarakter alacaq. Çünki Azərbaycan televiziyalarında yaradıcılıq və yenilik əvəzinə ancaq əttökən meyxana yarışları və yalançı evləndirmə proqramları, qəzet səhifələrində isə yalnız ağentlik xəbərləri və təhqir, şantaj dolu yazılar, yalançı məlumatlar əsas yerdə durur. Bu isə ilk növbədə həm televiziyalarda, həm də qəzetlərdə savadlı və yaradıcı potensialın demək olar ki, sıfra bərabər olması ilə əlaqəlidir."

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO