Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2012
17:29
Dustağa gətirilən sovqatdan mobil telefonlar çıxdı
Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXeber.com-a daxil olan məlumata görə, Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

14.10.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 66.5 maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Zülfüqar oğlu Talıbovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Emin Çingiz oğlu Lazımovun gətirdiyi sovqata baxış keçirilən zaman içərisində yemək olan 7,5 litirlik “Gold Fix” adlı plastmas boya qabın gizli saxlanc yerindən 3(üç) ədəd “Nokia”, 1(bir) ədəd “Samsunq” markalı mobil telefon aparatları, 1(bir) ədəd Sim kart, 1(bir) ədəd Cin kart, 1(bir) ədəd Nar kart, 1(bir) ədəd mobil telefon üçün nəzərdə tutulmuş ekran, 1(bir) ədəd mobil telefon üçün nəzərdə tutulmuş batareya, 2(iki) ədəd mobil telefon qulaqcığı və 1(bir) ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalayıcının başlıq hissəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

2159_947094063.jpg

2160_395804876.jpg

2161_128833470.jpg

2162_847645029.jpg

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19747

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18347

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19697

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19273

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24811

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19266

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19411
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 04:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru