
Facebook, Twitter, Linkedin kimi sosial şəbəkələrə üzv oluruq, Google ilə bənzərsiz bir məlumat qaynağını araşdırırıq, iTunes’dan tətbiq endirir, WordPress’də veb sayt və ya bloq hazırlayır və ən əhəmiyyətlisi bunların heç biri üçün ödəniş etmirik.
Bəs necə olur ki, bu qədər çox internet xidməti ödənişsiz olaraq təqdim edilərkən, bu xidmətləri təqdim edən şirkətlər şoka salacaq qədər gəlirlər əldə edirlər?
Ehtimal edilə biləcəyi kimi, reklam və ödənişli üzvlüklər bu şirkətlər üçün ən əhəmiyyətli gəlir qaynaqlarıdır. İnternet həm də həyatımızda “premium” adı verilən yeni bir modelin də girməsini təmin etdi. Free (ödənişsiz) və premium sözlərindən ibarət olan bu iş modelində, şirkətlər əsas xidmətləri pulsuz təqdim edərkən daha inkişaf etmiş xüsusiyyətləri ödənişli olaraq təqdim edirlər. Məsələn, Dropbox 2 GB-lıq məlumat saxlama xidmətindən ödəniş tələb etməzkən, istifadəçi daha çox bulud yeri istəyərsə müəyyən bir pul ödəyir. Linkedin’ə üzv olmaq və bir çox xidmətdən faydalanmaq pulsuzdur, ancaq sahib olmaq üçün pul ödəmək məcburiyyətində olduğunuz xidmətlər də sosial şəbəkədə mövcuddur.
SEER Interactive və O3 World tərəfindən hazırlanan infoqrafika ‘da, ən məşhur internet şirkətlərinin hansı iş modelləri ilə pul qazandığını və hansılarının daha qazanclı olduğunu görə bilərsiniz. Hazırlanmış bu infoqrafika ‘da reklam, abunəlik, üzvlük, məlumat satışı, premium, müəllif hüquqları şirkətləri gəlir tiplərinə: e-ticarət, proqram dizaynı, əyləncə, sosial media, axtarış, təchizat kimi xidmət növlərinə görə filtrdən keçirərək axtarış etmənizi təmin edir.
Bu infoqrafika ‘dan bəzi nümunələr:
– Apple App Store reklam və müəllif hüquqlarından pul qazanarkən, iTunes yalnız müəlliflik hüquqlarından gəlir əldə edir.
– Gmail də Facebook, YouTube və Twitter kimi gəlir modelini reklam üzərindən təşkil etmişdir. Adwords’dan gələn reklamlardan pul qazanır.
– Instagram’ın və Google Chrome-un isə hər hansı bir gəlir növü yoxdur. Lakin, Google Chrome dolayı yolla olaraq sahibinə axtarış reklamlarından pul qazandırır.
– Linkedin’in gəlirləri isə reklam, abunəlik və məlumat satışından əldə edilir.
– Amazon Kindle’in müəyyən bir gəlir modeli yoxdur. Əslində isə Amazon Kindle’dan pul itirsə də açığı, uzun müddətli gəlir təmin etməyi məqsəd qoyduğu ekosistemin inşaasında, rəqəmsal məzmun satışı ilə fərqi bağlayır.
Microsoft Xbox’un gəlir modeli isə reklam, abunəlik, premium və müəlliflik hüquqlarından ibarətdir. Xbox istifadəçiləri abunəlik üçün illik 50 dollar və həm də satın aldıqları virtual məhsulların haqqını ödəyirlər. \texnopress.com
Bu infoqrafika üçün bu link vasitəsilə çata bilərsiniz.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO