Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2012
21:11
1451
XIRDALANDA ƏT VƏ TƏRƏVƏZ SATIŞI QADAĞAN OLUNUB
"Bir ədəd limon almaq üçün Masazırdan Xırdalana getmək lazımdır"

Xırdalan sakinlərindən redaksiyamıza daxil olan şikayətə əsasən, Xırdalan şəhərinin mərkəzində təzə bazar açılıb. Bazar açılandan sonra şəhərdəki bütün mağazalara meyvə-tərəvəz və ət satmaq qadağan olunub. Hazırda bir ədəd limon, bir dəstə göyərti, yaxud bir kiloqram kartof almaq istəyən şəxs bazara getməlidir. Nəinki Xırdalan şəhərindən, hətta Masazırdan da ət, meyvə-tərəvəz almaq istəyənlər bazara getməlidirlər.

Xırdalan şəhər icra nümayəndəsinin müavini Zakir Həsənov  qadağanın hansı qanuna əsasən qoyulduğuna aydınlıq gətirmədi. Sadəcə olaraq bildirdi ki, "Səliqə-səhman yaratmaq üçün bunu etmişik. Mağazalar zəhmət çəksinlər ərzaq satsınlar. Əhali alış-verişini bazarda etsin. Bazara marşrutlar yaxşı işləyir." 

Əməkdaşımız Xırdalana yollanaraq məsələni yerində araşdırıb. "Nuru" marketin satıcısı bildirib ki: "Köhnə bazar olanda mən marketdə ət satırdım. Köhnə dağılandan sonra hamını məcbur etdilər ki, təzə bazarda satsınlar. Market gəlirsiz işləyir, maaş yoxdur, gedib "oxrandan" zaddan işləyərəm."

"Sultan" marketdə də vəziyyət eynidir. Marketin satıcısı deyir ki, meyvə satmağa qoymurlar.  Ermənistan qaçqını Həqiqət xala bildirdi ki, "həyətdə göy-göyərti, meyvə satırdım. İndi imkan vermirlər. Binada yaşayanlara da sərf edirdi ki, düşüb həyətdən bir dəstə göyərti alsınlar."
Bazarda qiymətlər ucuz olsa da, əhali narazıdır. Təqaüdçü Vaqif müəllim deyir ki: "Əvvəlki bazar yaxın idi, gəlib-gedirdik. İndi bazara gəlib-getməyə 50 qəpik veririk, təqaüdümüz azdır, bizə sərf etmir. Yola gör nə qədər vaxt sərf edirik, uzaqdır, yoruluruq. Qocalar bu başdan o başa gedincə iki saat vaxt çəkir. Ona görə camaat narazıdır. Evin yanından alsaq bizə yaxşı olar." Ələsgər müəllim sakinləri çağırıb deyir: "Gəlin danışın, yazeer." Həqiqət xanım də eyni şeyləri danışıb deyir: "vəziyyətimiz ağırdır."

O ki, qaldı Xırdalanda belə əcaib şəraitin yaranmasına, əhali arasında gəzən söhbətlərə görə rayon icra hakimiyyətinin başçısı və Kamran adlı bir qazaxlı şərikli bazar açıblar. Monopoliyanı da başçı yaradıb ki, yalnız özü qazansın.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
188

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
124

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
152

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
106
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru