Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2011
18:11
931
ARDA TURAN `QALATASARAY`DAN AYRILIR
Ünal Aysal: "Onun bu istəyinə hörmətlə yanaşmaq lazımdır. Ola bilsin bir gün Arda da Hakan Şükr kimi Avropaya gedib yenidən "Qalatasaray"a dönsün"

Faktxeber.com-un verdiyi məlumata görə,  "Qalatasaray"ın ən əsas oyunçusu Arda Turan barədə klub prezidenti Ünal Aysal maraqlı açıqlamalar verib.
Ardanın maaşında 50% artım olduğunu qeyd edən Aysal, buna baxmayaraq ulduz futbolçunun getmək istədiyini bildirib. Ardanın uğursuzluq və ya pul səbəbi ilə deyil, Avropada oynamaq üçün getmək istədiyini bildirən Ünal Aysal, "əgər getmək üçün hər hansı bir qərar veribsə, biz onun qarşısını ala bilmərik. Bu iş bu gün bitəcək." deyə bildirib.  Türkiyənin Liqa TV-nə müsahibə verən Ünal Aysal, Ardanın "Qalatasaray"dan ayrılmaq istəməsi barədə məlumatlarının doğru olduğunu qeyd edib. Aysalın sözlərinə görə, onlar Arda ilə çoxlu danışıqlar aparıblar. "Ardanın qalmasi üçün çox danışdıq. Hazırda da danışıqlar aparılır. Terim də Ardanın qalmasınım istəyir", - deyə Ünal Aysal əlavə edib.
Mediada "Arda pula görə getmək istəyir", "Arda uğursuzluğa düçar olduğu üçün getmək istəyir " kimi yayılan xəbərlərə də münasibət bildirən Ünal Aysal, bu məlumatların yalan olduğunu və Ardanın maaşını 50% artırdığını bildirib.    
Bundan sonra Ünal Aysal, "Amma bütün bunlara baxmayaraq arda getmək istəyir. Səbəbi uğursuzluq pul və ya başqa şey deyil. Yalnız xaric təcrübə toplamaq üçün bunu edir. Əgər bir futbolçu xaricə getməyi çox istəyirsə, onda bizim edəcəyimiz bir şey yoxdur. Onun bu istəyinə hörmətlə yanaşmaq lazımdır. Ola bilsin bir gün Arda da Hakan Şükr kimi Avropaya gedib yenidə "Qalatasaray"a dönsün", - deyə əlavə edib.

Samir Əliyev

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
19

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
21

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
29

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
49

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
65

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
55

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 14:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru