Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2011
15:14
BU DƏFƏ BALAKƏN DSK-da QANUN POZUNTUSU
Balakən DSK üzvü Gülarə Muradova redaksiyamıza müraciət edərək, rayonda DSK formalaşmasında yol verilən "qəribəliklərdən" danışıb. O qeyd edib ki, Balakən rayon DSK-nın tərkibi qəribə bir özunə məxsusluğu ilə fərqlənir

“3-cü beşillikdir ki, Balakən rayon İcra hakimiyyətinin ərazi idarəetme şöbəsinin müdiri Akif Məmmədovun "xeyir-duasi" ilə onun qohum əqrabasıdan təşkil olunan DSK-nın sədri A.Məmmədovun bacanağı Vahid Əliyevdir. Bu iki şəxs Azərbaycanın dünyanin demokratik təşkilatlarının siyahısında ən axırıncı yerlərdə olması üçün "əllərindən gələni" ediblər. Belə ki, analoqu olmayan "fəaliyyəti" nəticəsində keçən parlament seçkilərindəki qanun pozuntuları ilə əlaqədar şikayətlər ATƏT-in hesabatında öz əksini tapmış, Avropa məhkəməsinə qədər çatmışdı. Seçkiyə qarışmağa hec bir səlahiyyəti çatmayan A.Məmmədov yeni formalaşan komisyaya yeni bir "çalar" əlavə edərək Komissiya formalaşana qədər YAP-ın Balakən rayon təşkilatının mərkəzi aparatında işləyən Qoşqar Məmmədovu "birdən birə bitərəf etmiş", onu DSK-da bitərəflərin nümayəndəsi kimi katib yerləşdirmişdir. Onu da qeyd edim ki, dairə seçki komisyasının sədri V.Əliyevin həyat yoldaşı Mehparə Nuriyeva  rayon icra başçısının iqtisadi məsələləri üzrə müavinidir. İcra strukturundakı yaxın qohumlarının dəstəyi ilə DSK-nın sədri olan V.Əliyevin müstəqilliyinin nə dərəcədə olacağını anlamaq çətin deyil”.
 
 Lakin Balakən  rayon 109 saylı DSK-nın qəribəlikləri bununla bitmir. Bu günlərdə mən məntəqə seçki komisyalarinda yerlərin bölünməsi ilə əlaqədar sədr V.Əliyevə müraciət etdim.O,mənə MnSK-dakı 66 yerin parlamentdə təmsil olunan 9 müxalifət partiyasi arasında bölünəcəyini dedi. Mən ona Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2 maddəsini xatırlatdım. O, isə “Mən heç bir məcəllə filan tanımıram, bunu mənə MSK-dan Mikayıl Rəhımov tapşırıb”-cavabını verdi.

Biz demokratik ictimaiyyətə müraciət edirik, bu cür formalaşan DSK ilə biz Balakəndə keçirilən heç bir seçkinin demokratikliyinə təminat vermirik. Eyniz zamanda MSK rəhbərliyinə və müvafiq strukturlara müraciət ediərm ki, bu özbaşnalıqların qarşısı alınsın.

Əli Hüseynli



Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54076

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52194

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53374

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58723

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52999

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 06:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru