Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2011
13:44
3248
QƏHRƏMANLAR UNUDULMUR!
Üç Milli Qəhrəmanımızın döğum günüdür

http://kayzen.az/uploads/gallery/741/247/600_b04160aa50.jpg

28 mart Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin doğum günüdür. Anatoli Nikolayeviç Davidoviç 1965-ci il martın 28-də Belorus Respublikasının Siutet şəhərində anadan olmuşdur. Mayor Anatoli Davidoviç 1992-ci ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinə daxil olmuş, 930 saylı hərbi hissədə atrilleriya qərargahının rəisi olmuş, topçu mütəxəssislərin hazırlanmasında xidmət göstərmişdir. 1992-ci il iyunun 9-da Ağdam ərazisində gedən döyüşlərdə rəşadətlə vuruşmuş, aldığı yaradan iyunun 13-də vəfat edib. Doğma şəhərində dəfn edilmişdir.

 Etibar İsmayılov

29 mart Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun doğum günüdür. Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, Ağdam özünümüdafiə batalyonunda vuruşur, Naxçıvanik, Şelli, Xocavənd istiqamətlərində qəhrəmanlıq nümunələri göstərir. 1994-cü il yanvarın 4-də Xocavənd rayonu Qarakənd kəndi istiqamətində kəşfiyyat qrupunun tərkibində düşmənlə qeyri-bərabər döyüşə girir, axıra qədər vuruşur, güllələri qurtardıqdan sonra son qumbrası ilə düşmən tankının altına atılır, düşmənin tankını sıradan çıxarır, canlı qüvvələrini məhv edir, özü də qəhrəmanlıqla həlak olur və əsgər yoldaşlarının mühasirədən çıxmasına şərait yaradır. Cəsədi döyüş meydanında qalmışdır. Hindarx orta məktəbi onun adını daşıyır, məktəbin önündə büstü qoyulmuşdur.

http://www.azerbaycanli.org/photos/Image/Qarabax/Ilqar-Ismayilov-Milli-Qehreman.jpg29 mart Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılovun da doğum günüdür. İlqar Sədi oğlu İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin kapitanı rütbəsində bir çox döyüşlərdə, o cümlədən, Şuşanın Malibəyli, Meşəli kəndlərində, Ağdam rayonu ərazisindəki döyüşlərdə iştirak etmişdir. Onun rəhbərliyi altında kəşfiyyat əməliyyatları həyata keçirilmiş, ermənilər tərəfində döyüşən bir neçə xarici vətəndaş əsir götürülmüşdür. 1992-ci ilin payızında onun rəhbərlik etdiyi 128 nəfərlik dəstə düşmənə ağır zərbə vuraraq Laçın rayonu ərazisində Qızartı yüksəkliyini ələ keçirmiş, igid komandir oktyabrın 1-də qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulmuşdur.


Qarabağ Azadlıq Təşkilatının Mətbuat Xidməti

Məqalədə : QƏHRƏMANLAR UNUDULMUR! 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
145

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
288

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
251

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
78

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
48

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
83

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
58
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 00:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru