Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2011
13:17
ÖLKƏDƏ SOYUQ HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK
Azərbaycanda soyuq hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi FaktXeber.com-a bildiriblər ki, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Fevralın 22-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Sonrakı 2 gün ərzində biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.

Emin Nəsirli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
236

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
361

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
278

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
229

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
317

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
3713
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2019 19:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru