Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2010
12:57
DSK SƏDRLƏRİNİN YENİ QAZANC MƏNBƏYİ
Namizədliyi qeydə alınanlar 200 manat, rəqiblərini sıxışdırmaq istəyənlər isə 5000 manatlarından keçməlidirlər

Bookmark and Share


Qarşıdan gələn parlament seçkilərinin faydasını görən iki təbəqə olacaq. Onlardan birincisi sonda deputat seçilənlərdir ki, həmin şəxslərin nəyə görə qazanclı çıxacağını izah etməyə dəyməz. İkinci təbəqə isə DSK sədrləridir ki, onlar artıq prosesin faydasını görməyə başlayıblar.

FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, DSK sədrlərinin bir neçə istiqamətdən əsas gəlir mənbələri var. Onların əsasları isə iki dənədir. Birinci gəlir mənbəyi namizədliyi qeydə alınmış şəxsdən istənilən «şirinlik»dir. Həmin məbləğ isə 200 manatdır. Buna bəzən «nahar pulu» da deyirlər. İkincisi isə rəqiblərin sıradan çıxarılması prosesidir. Mənbələrin iddialarına görə, həmin işə birbaşa DSK sədrləri özləri başçılıq edirlər.

Belə ki, həmin şəxslər namizədlərlə anlaşıb, onların rəqiblərini sıradan çıxarmaq üçün oyunlar qururlar. Həmin oyunlar fonunda rəqibi müxtəlif formada sıxışdırdıqdan sonra tamamilə neytrallaşdıran DSK sədrləri müqabilində heç də kiçik məbləğ istəmirlər. Bəzi xəbərlərə görə, bu oyunbazlıq üçün 5000 manat pul istənilir. Əgər rəqib daha ciddi olarsa, o zaman rəqəm də yüksəlir. Çünki risqə gedən tərəflər bunu nə üçün, hansı məbləğə etdiklərini də nəzərə alırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54066

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52184

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53624

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58713

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52989

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53378
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 05:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru