Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2010
15:42
Azərbaycanda mobil telefonlar siyahıya alınacaq
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov belə deyib

Bookmark and Share

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, burada məqsəd ölkə ərazisində olan telefonların qanunvericiliyə uyğun istifadəsini təmin etməkdir. Yeni sistemin tətbiqi ölkəyə yalnız istehsalçı şirkətə məxsus, lisenziyalı telefonların gətirilməsinə şərait yaratmaqla bərabər, telefon oğurluğunun qarşısını alacaq. Bəlli olacaq ki, oğurlanan telefon artıq şəbəkədə qara siyahiya əlavə olunacaq və bundan istifadə etmək mümkün olmayacaq. Onda heç kəs bunu oğurlamaq istəməyəcək. Çünki oğurladısa, tapmaq çox asan olacaq. İkincisi, oğurlanmış telefon heç kimə lazım olmayacaq. Oğurlanmış telefon  o şəbəkəyə qoşulan kimi məlum olunacaq ki, hansı nömrə qoyulub onun içərisinə. Artıq telefonun, oğurlanması qaçırılması bu halları gündəlikdən çıxarlımış olacaq. 


Yeri gəlmişkən, bu sistem bir çox ölkələrdə tətbiq olunur. Nazirlikdə deyirlər ki, sistemin tətbiqi avropa ölkələrində telefon oğurluğu ilə bağlı statistikanı heçə endirib. Mobil telefonların qeydiyyat sisteminin yaradılması zamanı «qara siyahı»nın tərtibi və vahid bazaya qoşulması oğurluq telefonların xaricdə belə tapılmasını mümkün edir. 


Nazir müavini onu da əlavə edib ki, ölkəmizdə bunun tətbiq olunması və qaçırılmış sistemlər üzrə  ümumdünya bazaya qoşulmağımız bizə o imkanı verəcək ki, həmin bazarda oğurlanmış, qaçırılmış qara siyahıda olan telefonlar bu ölkədə də artıq qara siyahıda olacaq. O telefonlar hansı yolla olur olsun azərbaycana gələcəksə artıq o işləməyəck. Və yaxud bizim daxil etdiyimiz qara listə həmin ölkələrə gedəcək. Burdan qaçırılmış telefon avtomatik avtomatik  hər bir ölkədə qara siyahıda yer alacaq .


Başqa sözlə, mobil telefon oğurlanıbsa, sahibinin müraciəti əsasında, telefonun imei-kodu «qara siyahı»ya salınacaq  və operatorlara bu telefona xidmət göstərmək qadağan ediləcək. Üstəlik, hər bir şəxs almaq istədiyi telefonun oğurluq olub-olmadığını da bu siyahı vasitəsilə yoxlaya biləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19531

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18132

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19492

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19063

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24601

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19051

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 21:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru