
Azərbaycan İnternet Formu və “Parketinq.com” saytı ölkədə İnternetin keyfiyyəti ilə bağlı real vəziyyəti qiymətləndirmək məqsədilə Azərbaycan ADSL istifadəçiləri arasında sorğu keçirib. Aprel ayında online olaraq keçirilən sorğuda iştirak edən 400-dən çox ADSL istifadəçiləri Bakı şəhəri üzrə 82%, Sumqayıtda 7%, Xırdalanda 3%, digər regionlarda 7 % olub.
İnternet iştirakçılarının çoxu, yəni 20%-i Bakinternet müştəriləridir. Sorğuda iştirak edən internet istifadəçiləri arasında 17%-i Connet, 16 %-i Uninet-Stream, 14 %-i Azeronline, 8 %-i Ultel, 7 %-i isə Aztelekom olub.
İntenetin keyfiyyət baxımından sorğulara ADSL istifadəçilərinin 34,7 %-i tam narazı olduqlarını bildirib. Müştərilərin 20,8 %-i xidmətdən qismən razı olduqlarını, 44,5 %-i isə istifadə etdikləri servisdə dəfələrlə problemlərlə üzləşdiklərini vurğulayıb. Sorğuya əsasən xidmətindən ən çox narazılıq Bakinternet provayder istifadəçiləri arasındadır. Müştərilərinin 47 %-i tam olaraq bu servizdən narazıdır. Ən pis vəziyyət Aztelekom-da müşahidə olunub. Sorğunun nəticələrinə görə, bu provayedrdə razı abonentlərin faizi 0-a bərabərdir. Razı abonentlərin sayı isə Superonline və Azeronline müştəriləri arasında nisbətən daha çoxdur.
Sorğuda iştirak edənlərin 57 %-i müqavilədə nəzərdə tutulan İnternet sürətini almadığını, 51 %-i qoşulmanın tez-tez qırıldığını, 36%-i qiymətin bahalılığını, 31%-i isə müştəri xidmətlərinin və texniki dəstəyin aşağı səviyyədə olduğunu bildirib. Bütün provayderlərdə qırılmadan şikayət yüksək olsa da, ən yüksək faiz Bakinternet, Connet, Ultel və Dataplyus provayderlərində müşahidə olunub. Razılaşdırılmış sürəti almadığından isə ən çox Aztelekom (70%), Uninet-Stream (62%), Azeronline (62%) və Bakinternet (61%) abonentləri şikayət edirlər.
Sorğunun nəticələrinə əsasən müştəri xidmətlərinin ən aşağı səviyyəsi Bakinternet (46% narazı), Ultel, Aztelekom və Dataplus-dadır. Nisbətən yaxşı müştəri xidmətləri isə Azeronline və Superonline-da müşahidə olunub.
Sorğuda Uninet-Stream istifadəçiləri Bakı şəhərində, 430 ATES-dən qoşulmanın 2009-cu ilin əvvəllərində problemsiz olduğunu, 2010-cu ilin başlanğıcında isə keyfiyyətin çox aşağı endiyini bildirib. Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz, problemin internet xidmət haqqının aşağı düşməsilə əlaqələndirib: ““DATATELEKOM” şirkəti Azərbaycanda interneti “optovoy” satır, qalan 35-40 provayder ondan alır. Şirkət rəsmiləri internetin 8 geqabit sürətdə satıldığını bildirir. Azərbaycanda internetin keyfiyyətsiz olmasına səbəb, satılan real internet sürətinin hesabına, yaradılmalı olan ADSL provayderlərinin sayının artmasıdır”, söyləyən O.Gündüz, İnternet sürətinin şişirdildiyini bildirib.
Ümumi olaraq, ADSL xidmətinə qoşulma müraciətlərinin provayder tərəfindən icrasında müştərilərin 15 %-i narazıdır. Bu məsələdə ən az şikayət dövlət provayderlərində - Aztelekom və Bakinternetdə, həmçinin Ultel və Uninet-Stream provayderlərindədir. Gec qoşulmadan ən çox şikayətlənən Superonline və Dataplyus istifadəçiləridir.
“Provayderləri hansı səbəbə görə seçmisiniz?” sualına, respondentlərin çoxu (26 %-i) “başqa provayder xidmətinin olmaması” cavabını verib. Bu sorğuya Dataplus müştərilərinin 63%-i, Aztelekom müştərilərinin 59%-i, Bakinternet müştərilərinin 49%-i və Ultel müştərilərinin 36%-i bu provayderi alternativ seçimləri olmadığı üçün seçdiklərinin qeyd ediblər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyunAqa Aliyev tərəfindən 28-04-2010 16:16:31 tarixində yazıldı |
teklif. |
siz cox saq olun ki,bele muhum meseleye toxunmusunuz.Sizden butun Lenkeranlilar adindan xahish edirem ki,arashdirma aparin ki,gorun rayonlarda ve kendlerde veziyyet nece berbaddi.bir de xahish edirem internetin keyfiyyeti ve qiymetini bashqa olkelerle muqayise edin,gorun ki,biz bu rabite nazirliyinin elinden ne cekirik. |