
2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bu barədə öz fikirləri ilə “Deyerler.org”a Turan Müstəqil İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bölüşüb.
- Mehman müəllim, necə düşünürsünüz, bu gün ölkənin daxili və xarici siyasətində nə baş verir? Bir tərəfdən daxili siyasətin oyunçuları, digər tərəfdən xarici oyunçuların iqnor olunması. Bunu necə izah edərdiniz?
- Mən hesab edirəm ki, bu il baş verən bütün hadisələrə, keçiriləcək parlament seçkiləri kontekstindən baxmaq lazımdır. Hakimiyyətin iki problemi sezilməkdədir. Birincisi – hakimiyyətin zəifliyidir. O, qorxu sistemi, polis sistemi, zorakılıq sistemi nöqteyi nəzərindən güclü ola bilər və hakimiyyət burada demək olar ki, stabildir. Lakin, ictimai narazılıqlar nöqteyi nəzərindən isə, mən deyərdim ki, bu, 2005-ci il seçkiləri öncəsindən daha güclüdür. Bu, aydın şəkildə görünür. Bu həmçinin, aşağıdan yuxarıya – hamıya təsir etmiş iqtisadi böhranla da bağlıdır. Ümumilikdə, bütün narazılıqların bir əsas məqamı var ki, insanlar artıq bu sistemdən bezib. Totalitarizmə uzun müddət dözmək çətindir, onu modernləşdirmək lazımdır. Bunun sayəsində dəqiq gərginliklər var və hakimiyyət bunu başa düşür. Bunu sübut edən bir sıra faktorlar var. Misal üçün, məlumdur ki, insanlar artıq bizim telekanallara baxmır və daha çox insan İnternetə üz tutur. Bütün bunlar onun göstəriciləridir ki, insanlar azadlığa can atır. Hakimiyyət olanları kifayət qədər yaxşı başa düşür. Əhalinin az təminatlı təbəqəsinin sosial vəziyyəti o dərəcədə ağırlaşıb ki, yaşayış tikintilərinin dayanması, əhalinin aşağı alıcılıq qabiliyyəti və s. bunun göstəcilərinə çevrilib. Bank sistemi böhran keçirir, bu, ciddi problemlər yarada bilər. Məlum deyil, bütün bunlar nə ilə bitəcək. Və elə bunun nəticəsidir ki, intihar halları artır.
90-cı illərdə daha yaxşı şeylərə ümid edirdik, dəyişiklik gözləyirdik. 2005 və 2008-ci il seçkiləri – bunlar əhalinin tamam ümidsizliyi, problemlərin demokratik yolla həllinə olan bütün ümidlərin puça çıxması idi. İndi üstəlik də iqtisadi böhran. Ailələrini saxlamağa çətinlik çəkən insanlar öz əlləri ilə həyatına son qoyur.
Hesab edirəm ki, “Azadlıq” radiosunun bağlanması təsadüfi deyildi. Bu radiostansiyaya diqqətlər artmaqda idi. O, ictimai əhvalı əks etdirirdi. Təsadüfi deyil ki, “Yeni Müsavat” qəzetinin tirajı, ölkədə çap olunan qəzetlərin birgə tirajından daha çoxdur. Bu, cəmiyyətin nə ilə maraqlanmasının göstəricisidir. Hakimiyyət bunu bilir və ona görə də, seçkilərə qədər öz status-kvosunu qoruyub saxlamağa çalışır. Yəni, parlament seçkiləri ərəfəsində heç bir dəyişiklikliyə imkan verməyəcək. Lakin, seçkilərə iki ay qalmış vəziyyət dəyişəcək və onlar mitinqlərin, görüşlərin, kampaniyaların keçirilməsinə razılıq verməyə məcbur olacaqlar. Bundan qaçmaq mümkün deyil və bunu da onlar bilirlər. Ona görə də, onlar heç kimi dinləmək istəmirlər və bu səbəbdən daxili oyunçular iqnor olunub.
Amerika və Avropa İttifaqına gəlincə isə, əlbəttə ki, onlar sistemin demokratikləşməsində maraqlıdırlar. Seçkilər – onlar üçün parlamentdə daha geniş nümayəndəlik yaratmaq üçün şansdır. Onlar, parlamentə mümkün qədər daha insan buraxmaqda maraqlıdırlar ki, parlament bir növ bu cür xadimlər tribunası olsun. Əlbəttə ki, demokratikləşdirmə kontekstində.
Onlar hakimiyyət ilə danışıqlar aparırlar və aprel ayında hakimiyyət müxalifətə güzəştə getdi – bu təsadüfi deyildi. Mən hesab edirəm ki, onlar bunu istəmirdirlər, lakin, buna getməyə məcbur oldular. Mart ayında bu, Elmar Hüseynovun qətlinin ildönümü ilə üst-üstə düşdü – bir sıra hadisələr baş verdi ki, praktik olaraq hakimiyyətə təzyiq kimi qəbul etmək olar. Dubaydakı villalarla bağlı qalmaqal, insan azadlıqları və din azadlıqları üzrə Dövlət Departamentinin hesabatı, daha sonra Azərbaycan terrorçuların pullarını yumasına əlbir olan ölkələr siyahısına salındı. Hakimiyyət ilə danışıqlar aparılır, hakimiyyət isə demokratikləşməyə razı olmur. Buna görə də müxtəlif təzyiqlərdən istifadə olunur və bütün bunlar, xüsusilə parlamentdə anti-amerika əhvalının güclənməsinə səbəb olur.
- Necə düşünürsünüz, parlament seçkiləri ilində Qərb özünü necə aparacaq?
- Onların artıq gördükləri bəzi işlərdən çıxış edərək demək olar ki, onlar bu il daha qərarlıdırlar. Amerika səfirinin olmaması, belə deyək, diplomatik çevrələrdə demarş kimi qiymətləndirilir. Düşünürəm ki, səfir yeni missiya ilə gələcək və seçkiöncəsi missiya ilə tam olaraq seçkilərin astanasında ortaya çıxacaq.
Mən bilmirəm, hakimiyyət özünü necə aparacaq, amma aydındır ki, Qərbin çıxış edəcəyi tələbləri minimuma endirəcək. Tutaq ki, parlamentdə 4 və ya 5 yer müxalifətindir, bunun əvəzində 8 verərik, sövdələşmə bu ətrafda gedəcək, guya ki, artırdıq. Hakimiyyət qorxur ki, əgər müxalifətə 25% yer verilsə, bu artıq ciddi problemdir.
- Vəziyyəti necə görürsünüz, söz azadlığına təqiblər davam edirmi? Yeni həbslər gözlənilirmi?
- Bəli, mən artıq bu barədə demişəm ki, seçki ilində hamıdan çox mətbuat əziyyət çəkir. Onlar məqsədli şəkildə mətbuata zərbə endirirlər. Bu, cəmiyyətdə böyük rezonans doğurur. Bu, insanları əsas məsələdən, seçkilərdən uzaqlaşdırır. Bu metoda əvvəllər də əl atılıb. Mətbuat yenə diqqət mərkəzinə alınıb.
- Necə düşünürsünüz, müxalifətdə olanlar niyə görə ölkədə vəziyyəti dəyişə bilmir? Onlara nə mane olur?
- Onlara mane olanlar – resurslarının, maliyyə resurslarının olmamasıdır. Maliyyə resusrlararı olmadan ciddi mübarizəyə girmək mümkün deyil. İkinci problem – beynəlxalq ictimaiyyət tərəfindən dəqiq dəstəklə bağlıdır. Daha bir faktor – ictimai dəstəkdir. Bəli, bizim cəmiyyətimiz narazıdır, lakin, o hələ qalxmağa, müdafiə etməyə hazır deyil. Onun edə biləcəyi yeganə şey – müxalifətə səs verməkdir ki, bunu da hər dəfə edir.
- Əlavə olaraq nə demək istərdiniz?
- Bu seçkilər, öz sərtliyinə görə 2005-ci ildən fərqlənəcək. Çox güclü mübarizə gedəcək. Hər şey Qərbin dayanacağı mövqedən asılıdır – öz mövqeyində prinsipial olaraq dayanacaqmı? Hər halda, bu seçkilər, ölkədə hadisələrin gələcək inkişafına təsir göstərəcək. Bu, demokratiyanın inkişafı üçün böyük təkan olacaq.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi