
Vikipediya İnternet ensiklopediyasında bu savaşı qazanmaq üçün azərbaycanlı istifadəçilərin dəstəyinə ehtiyac var. Bunun yolu da sadədir. Vikipediyaya tariximiz, mədəniyyətimiz və digər varlıqlarımızla bağlı məlumat daxil etmək.Vikipediya İnternet ensiklopediyasında 270 dildə məlumatlar toplanıb. Azərbaycan burda 53-cü yerdədir. Ensiklopediyada ümumilikdə 14 milyon 500-minə yaxın material toplanıb. Ölkəmizdən indiyədək 30 minə yaxın məqalə bu məlumat bazasına daxil edilib. Müqayisə üçün deyək ki, vikipediyanın ingilis versiyasında 3 milyondan çox məqalə mövcuddur. Vəziyyətimiz Ermənistanla müqayisədə xeyli yaxşıdır. Çünki düşmənlərin dilində cəmi 8 min məqalə İnternet ensiklopediyasında əks olunub. Ermənilər burda da siyasət işlədib.
Amma son dövrlər soydaşlarımız da bu üsuldan istifadə edərək əks-hücuma keçib. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Vikipediyaya bu yaxınlarda Xocalı faciəsindən bəhs edən yeni materiallar və fotolar yüklənib. İnformasiya Texnologiyaları İnstitutunun vətənpərvər əməkdaşları mart soyqırımndan bəhs edən kitab və tarixi sənədləri də beynəlxalq ensiklopediyaya daxil edib. Bədxah qonşularımız isə, müharibə siyasətini virutal ensiklopediya səhifələrində də davam etdirir.
Təbliğat müharibəsində qələbəmizə yardımçı olmaq istəyənləri sadə yol gözləyir. Az.Vikipediya.orq saytına daxil olaraq istədiyiniz materialı, xəbəri, məqaləni yerləşdirə bilərsiniz. Bu məsələdə tələb olunan yalnız mənbənin göstərilməsi və müəllif hüququnun qorunmasıdır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO