Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2009
15:40
1230
Xərçəngə qarşı bənövşəyi pomidor
Genetik olaraq modifikasiya edilmiş, bənövşəyi pomidorlar xərçənglə döyüşür...

FaktXeberin verdiyi məlumata görə, İngiltərənin Norviç şəhərindəki John İnnes Mərkəzindən bir qrup elm adamı, antokiyan baxımından zəngin olan aslanağzı çiçəyi genlərini pomidorla birləşdirib.

"Nature Biotechnology" adlı tibb jurnalında da nümayiş olunan təcrübədə, bu şəkildə inkişaf etdirilən pomidorları yeyən siçanların daha uzun yaşadıqları qeyd olunub.

Böyürtkən, qırmızıcıq və quş albalısı kimi meyvələrdə bol miqdarda olan antokiyan maddəsinin yoğun bağırsaq xərçəngi hüceyrələrininin böyüməsini əhəmiyyətli nisbətdə azaltdığı təyin olunub.

Bu meyvələr eyni zamanda urəkçatışmazlığı və yaşlanmaqla əlaqədar degenerasiya xəstəliklərinə qarşı da əhəmiyyətlidir.


Pigmentlərin iltihabı önləyici, görmə qabiliyyətini gücləndirici və diyabet xəstəliklərinə qarşı qoruyucu olduğuna dair dəlillər var.

"John İnnes" qrupu bu piqmentlerin daha çox istehlak edilən meyvə tərəvəzlərdə də tapılmasını təmin etmənin yollarını araşdırır.

Qeyd edək ki, pomidor, likopen və falavanoid kimi faydalı antioksidant maddə baxımından zəngin olan bir bitkidir. İndi isə pomidor genetik dəyişikliyə uğradılaraq, ümumiyyətlə bənövşəyi rəngli meyvələrdə olan digər faydalı piqmentlər də əlavə olunub.

İşə başçılıq edən professor Keyt Martin, "Bir çox adam gündə beş boşqab meyvə və tərəvəz yemir, amma əgər biyoaktiv maddə baxımından zənginləşdirilimiş tərəvəz və meyvələri az miqdarda da yesə, daha çox faydalana bilər" - deyə qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
2

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
92

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
62

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
73

Sentyabrın 18-ə gözlənilən hava proqnozu

17

Sentyabr
13:02
ÖLKƏ
126

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
103
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 17:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru