Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2010
15:21
Elektrik enerjisinə ehtiyac qalmayacaq
Son vaxtlar dünyada sürətlə yayılan alternativ enerjidən Azərbaycanda da istifadə olunmağa başlanıb

İndi Azərbaycanda da işığı pulsuz əldə etmək mümkündür. Müxtəlif qurğular vasitəsilə küləyi, günəşi, suyu, hətta dənizin dalğasını belə enerjiyə çevirmək olar. Son vaxtlar dünyada sürətlə yayılan alternativ enerjidən Azərbaycanda da istifadə olunmağa başlanıb. Hətta evlərdə də.  Artıq evləri elektrik enerjisi olmadan da işıqlandırmaq mümkündür. Özü də pulsuz. Məsələn, havadan və sudan alınan enerji ilə. Müxtəlif qurğular vasitəsilə küləyi, günəşi, suyu, hətta dənizin dalğasını belə enerjiyə çevirmək olar. Həmin qurğuların köməyilə televizor, soyuducu və başqa məişət əşyalarını da işlətmək olur. Bu, texnoloji avadanlığın gücündən və qiymətindən asılıdır.

Belə avadanlıqların əsas alıcıları rabitə şirkətləri, ucqar ərazidə yerləşən və adi yolla elektrik enerjisi ala bilməyən obyektlər, ya da evlərdir. Şəxsi evlərdə, villalarda isə bu avadanlıqdan istifadə edənlər çox azdır. Şirkətdə bunu qurğuların baha olması və şəbəkədən satılan elektrik enercisinin qiymətinin ucuz olması ilə izah edirlər.
Adi elektrik enerjisinın 1 kilovat saatı 6 qəpikdirsə, alternativ enerji 30 qəpiyə başa gəlir. Azərbaycanda alternativ enerjidən geniş istifadə olunmamasının səbəbi də elə budur.

Onu da qeyd edək ki, alternativ enerjinin üstünlüyü onun pulsuz başa gəlməsilə yanaşı həm də ekoloji təmizliyidir. Məsələn, 500 kilovat, yəni  orta ölçülü istilik elektrik stansiyasi qədər gücə malik külək elektrik stansiyasi bir ildə 1000 tondan çox karbon qazi, 5 tona qədər başqa zərərli maddələrin atmosferə atilmasinin qarşısııi alır.
Məlumat üçün deyək ki, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi üçün dövlət proqramı qəbul olunub, sənaye və energetika nazirlyində alternativ enerji agentliyi yaradılıb. Son vaxtlar bu sahədə müəyyən işlər də görülüb. Abşeron yaxınlığında yaşma ərazisində hər birinin gücü 850 kilovat olan 3 külək qurğusu quraşdırılıb və bunun genişləndirilərək 50 min kilovata çatdırılması nəzərdə tutulur. Yəni artıq Azərbaycanın energetika sisteminə az da olsa, alternativ mənbələrdən enerji daxil olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru