Bir neçə gündür İraqın müxtəlif şəhərlərində hökumətə qarşı aksiyalar keçirilməkdədir. Aksiyaların əsas mərkəzi Bəsrə vilayətidir. 4.7 milyon əhalinin yaşadığı vilayətdə aksiyalar əsasən sosial yönümlü və korrupsiyaya qarşı olsa da, getdikcə təxribatçı qüvvələr meydana çıxaraq aksiyaları qarşıdurmalara sürükləməyə başlayıblar.
İyul ayının əvvəllərindən bəri başlayan aksiyalarda təhlükəsizlik qüvvələri ilə yaranan qarşıdurmalarda 10 nəfər ölüb, onlarla yaralanan var.
Aksiyaçılar Dövlət Televiziyası, Bələdiyyə və Meriya kimi dövlət binaları ilə bərabər "Asaib Əhlilhak", "Ali İslam Şurası" və İshaq İbn əl-Həkimin lideri olduğu Milli Hikmət Axınının qərargahlarını və İran konsulluğunu yandırıblar.
Sentyabrın 9-da isə İraq parlamentin müvəqqəti spikeri Məhəmməd Əli Zainiyə sui-qəsd edilib. Paytaxt Bağdadın Karrada rayonunda onun avtomobilinə naməlum şəxslər atəş açıblar. Yeni yaradılan hökumətdə Məhəmməd Əli Zainin parlament sədri olaraq saxlanılması gözlənilir.
Hər kəs baş verənləri maraqla izləyirlər.
Nə baş verdi ki, İraqda keçirilən parlament seçkilərinin nəticələri elan olunduqdan sonra aksiyalar başladı, özü də Bəsrə vilayətində?
Bu suala cavab axtaraq.
Mayın 12-də keçirilən seçkilərdə Amerika əleyhinə koalisiyalarn üst sıraya çıxmasının səbəblərini öyrənmək üçün 2003-cü ildə diktator Səddam Hüseynin devrilməsindən sonra İraq ictimaiyyətində yaranmış düşüncə tərzinə diqqətə yetirilməlidir. İraq xalqının böyük hissəsi Səddam Hüseyni devirdiyi üçün ABŞ-ın rəhbərlikdə söz haqqı olmasına müsbət baxırdı və bu da İraq hökumətinə Vaşinqtonla sıx əlaqələr yaratması üçün motivasiya verirdi. Amma amerikalılara qarşı xalqın bu mövqeyinə baxmayaraq, Muqtəda Sədr Amerika işğalına qarşı "Mehdi Ordusu" adlı silahlı birləşmə yaratdı. ABŞ və Britaniya ordusuna qarşı Bəsrə və Bağdadda döyüşlər həyata keçirdilər, postlara hücumlar etdilər. Sədr bildirirdi ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri qeyri-legitimdir və sabitliyi pozur, buna görə də dərhal ölkəni tərk etməlidir. Vaşinqtona qarşı silahlı mübarizə səbəb oldu ki, ABŞ rəhbərliyi Mərkəzi Kəşfiyyat İdarəsinə Muqtəda Sədrə qarşı əməliyyat keçirmək tapşırığı verdi. 2005-2007-ci illərdən etibarən Sədrə qarşı bir neçə dəfə sui-qəsd cəhdi olsa da, onların hamısı uğursuzluqla başa çatdı.
"Bədr" hərəkatının rəhbəri Hadi əl-Amiri ABŞ-ın İraqdakı varlığına qarşı çıxan şəxslərdən biridir. O, çıxışlarında ABŞ-ın İraqdakı hərbi mövcudiyyətinin ölkə müstəqilliyi üçün təhlükəli olduğunu bildirirdi. Əl-Amiri Məclis üzvü və nəqliyyat naziri vəzifəsində çalışdıqdan sonra, yəni 2010-cu ildən sonra da Vaşinqtona qarşı anti-patiya bəsləyən və anti-amerikaçı kimi tanındı.
Onlar da İŞİD terrorçuları ilə mübarizə üçün "Haşdi Şabi" Xalq Könüllüləri Birliyi yaratdılar və İŞİD-in İraqdakı məğlubiyyətində böyük rol oynadılar. Həmin dövr ərzində onlar amerikalılara qarşı amansız mövqelərini də möhkəmləndirərək, ABŞ bazalarının boşaldılması tələblərini səsləndirdilər.
Bütün bunları nəzərə alsaq, İraq parlament seçkilərinin nəticələri göstərdi ki, liderlərin anti-Vaşinqton mövqeyindəki çıxışları xalqın da istəyidir. ABŞ-a qarşı daha mülayim mövqe göstərənlərə qarşı iraqlıların Əl-Sədr və Əl-Amiriyə etimad etmələri ölkələrinə daha çox müdaxilə edilməməsi istəyinin göstəricisidir.
Qeyd etmək yerinə düşərdi ki, həm “Sairun” koalisiyasının rəhbəri Muqtəda Sədr, həm də “Fəth” koalisiyasının rəhbəri Hadi Amiri seçki təbliğatı dönəmində də əvvəlki mövqelərini təkrarladılar, belə demək mümkünsə, xalqla beyətlərini təzələdilər.
Seçkilərin qalibi Sədr Hərəkatı lideri Muqtəda Sədr rəhbərliyindəki "Sairun", İraq baş naziri Heydər İbadinin rəhbərliyindəki "Nəsr", İshaq İbn Həkim liderliyindəki Hikmət və İyad Allavinin rəhbərliyindəki "Vətəniyyə" koalisiyası 4-lü alyans yaratdıqlarını elan ediblər.
Bundan başqa, İraqın keçmiş baş naziri və "Qanun Dövləti" koalisiyası lideri Nuri Maliki və "Fəth" koalisiyasının lideri Hadi Amiri də "Bina" adlı koalisiya yaratdıqlarını açıqlayıblar.
İŞİD terrorunun hökm sürdüyü dövrdə Hadi Amirinin rəhbəri olduğu “Bədr” briqadalarının da daxil olduğu “Haşdi Şabi” könüllülərinin İraqın rəsmi silahlı qüvvələri kimi tanınması və Mosulun azadlığı uğrunda əsas rol oynamasını da yaddan çıxarmamaq lazımdır. Məhz həmin dövrdə şiə-sünni və xristianların birləşərək terrorçulara qarşı çiyin-çiyinə mübarizə apardığı bu birləşməyə qarşı Qərb və bəzi region ölkələrinin mediası təbliğatlar apardılar. “Haşdi Şabi” könüllülərinin sünniləri, türkmənləri qırdığı barədə dezinformasiya yaymağa başladılar. Amma unutduqları bir şey var idi, o da könüllülər içərisində minlərlə türkmənin, sünninin olması idi. Və təbliğatları uğursuzluqla nəticələndi. Mosul azad edildikdən sonra idarəetmə elə yerli xalqın ixtiyarına verildi.
Eyni Zamanda sünni şəhəri olan Fəllucə. İraq Milliyyətçi Türkmən Hüquq Partiyasının lideri Dr.Torhan əl-Mufti “Haşdi Şabi”nin şiə ordusu olmadığını söyləyir: “Şiələr üstünlük təşkil edə bilər, onsuz da əhalinin əksəriyyəti şiədir. Türkmən bölgələrində Türkmən Haşdilər var. Biz türkmənlərin Kərkükdə "Liva 16"mız var. Haşdidə xristian, şəbak, yezidi və sair də var. Hər kəsin bölgəsi haradırsa, o bölgədəki gücləri də var. Haşdi Şaabi İraq təhlükəsizlik quruculuğunun tərkib hissəsidir. Qanunla yaradılmışdır. Bu gün Haşdi Şaabidəki təlafərlilər İŞİD-in buradan çıxarılmasından sonra geri qayıdacaqlar. "Çadır qurub, öz torpağımda yaşayacağam", - deyirlər. Tiqritdə Cubur tayfasının, Mosulda Şammarın Haşdisi var. Haşdidə 12-15 min ərəb sünni var. Sünni şəhəri Fəllucəni Haşdi Şaabi xilas etdi, soyqırım iddiası əks təbliğatdan ibarətdir.”
Hazırkı mənzərə budur.
Bəs, ABŞ? ABŞ bu dövrdə sakit dayandımı?
ABŞ-ın İŞİD əleyhinə koalisiya nümayəndəsi Brett Makqark hökumətin qurulması ərəfəsində Bağdada səfər etdi.
O, ilk olaraq İraqda prezidentnin köməkçisi Usama Nuceyfi ilə görüşdü.
Görüşdə Nuceyfi Makqarka kürd tərəflə və baş nazir Heydər İbadi ilə görüşlər təklif etdi. Görüşün baş tutub tumadığı məlum olmasa da, Makqark kürd qrupların müşavirələrinin nəticələri və onların Vaşinqton səfərinin nəticələri barədə danışdı.
Görünən o oldu ki, ABŞ açıq şəkildə İraqda hökumətin qurulmasına müdaxilə edərək, bəzi vəzifələrdə öz istədikləri şəxsləri görməyə çalışıb.
Makqarkın səfəri zamanı Hadi Amirinin rəhbərlik etdiyi "Fəth" İttifaqı ABŞ-ın nümayəndəsinin İraqda koalisiyalar qurulması üçün təzyiqinin uğursuzluğa düçar olduğunu və heç vaxt "Fəth" və "Sairun" olmadan hökumətin qurulmayacağını açıqladı.
İraq Hizbullah Briqadalarının rəsmisi Məhəmməd Muhiya da Vaşinqtonun "Fəth" və "Sairun" arasında nifaq yaratmağa çalışdığını açıqladı. O, "İraqda ABŞ-ın varlığının gələcəyi İraqda hökumətə rəhbərlik edəcək şəxsə bağlı olacaq. Vaşinqton İraqda onun diqtəsi ilə siyasət həyata keçirəcək baş nazirin olmasına çalışır. Buna görə də, ölkə siyasətində olan bəzi şəxslər ABŞ səfirliyinə çağırılıb", - deyə bildirdi.
Bu hadisələrlə paralel olaraq İrana ABŞ sanksiyaları gündəmə gəldi. İraq baş naziri Heydər əl-İbadi paytaxt Bağdadda Nazirlər Kabineti toplantısından sonra verdiyi açıqlamada bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyalarında iştirak etmək istəmirlər. O, İraqın ən mühüm idxal qapısı olan İrana qarşı sanksiyaların öz ölkəsi üçün də qüvvədə olmasını istəmədiyi söylədi.
Bütün bu sadalananlar Bəsrə vilayətindəki aksiyaların əsas ilhamverici qaynağıdır. Aksiyalar zamanı iğtişaşların törədilməsi, dövlət binalarının və şiə partiyalarının qərargahlarının yandırılması da buna sübutdur. Yəni aksiya iştirakçıları deyildiyi kimi dövlət orqanlarının fəaliyyətsizliyi və sosial vəziyyətlə bağlı etiraza qalxmayıblar, məsələ İraq neftinin 70 faizindən çoxunu verən və neft satışı üçün ölkənin Fars körfəzinə açılan yeganə qapısı olan bir bölgədə - Bəsrə vilayətində xaos yaratmaq, ölkəni iflic vəziyyətə salmaq üzərinə köklənib.
Bəsrə ölkənin iri ticarət və iqtisadi mərkəzi hesab olunur. Bəsrədə 1000-dən çox neft quyusu. Neft emalı zavodları, kimya müəssisələri (azot gübrələri istehsalı zavodu, polietilen, polivinilxlorid və səmt qazlarından alınan digər məhsullar, neft emalı istehsalı üzrə kompleks), toxuculuq (yun məmulatlar, kəndir, kanat istehsalı), yeyinti (dənli bitkilər, xurma emalı və s.), ayaqqabı sənayesi, kağız kombinatı, tərsanə fəaliyyət göstərir.
Nəzərə alsaq ki, Bəsrə vilayəti Küveytlə qonşudur və illərlə Suriyaya terrorçu ixrac edən Səudiyyənin bura müdaxiləsi üçün münbit şərait var. Yəni hər an Bəsrədəki aksiyalar böyük silahlı toqquşmalara çevrilə bilər. Xəritəyə diqqət etsək görərik ki, Səudiyyəni həm də Bəsrə vilayətindən hazırda temperaturun 46 dərəc olduğu demək olar ki, nəzarətsiz bir səhra ayırır.
Qısası, seçkidən qalib çıxan partiyaların seçki dönəmindəki çıxışları və onadan əvvəli mövqeləri ABŞ-ın və onun regiondakı əlaltılarının xoşuna gəlməyib. Bəsrədəki hadisələr isə qurulacaq hökumətdə onların istədikləri şəxslərin də siyahıya salınacağına müsbət cavabın verilmədiyinin göstəricisidir. Elə Məhəmməd Əli Zaininin avtomobilinə sıxılan güllə də.
Amma unutmaq olaz ki, Suriyada müharibənin gedişatında müsbət yöndə dəyişikliklərə səbəb olan İranın Suriyadan fərqli olaraq İraqla birbaşa sərhədləri mövcuddur.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...