Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

25 Aprel

2018
1769
Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?

Millətçilik və yerlibazlıq hər bir ölkəni uçuruma aparan amillərdən biridir. Bu hisslər hər bir ölkənin vətəndaşında olsa da, çoxları bu hissə nəzarət edə bilir. Lakin öz hisslərini nəzarətdən çıxaran şəxslərə də rast gəlmək mümkündür.

"Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı və böyük qalmaqala səbəb olan, ““Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”, - deyə sözləri ölkəmizdə böyük narazılıqla qarşılandı. Xanım sonradan fikirlərinə görə üzrxahlıq etsə də, bu olay ölkədə neqativ atmosferin hökm sürdüyünü ortaya qoyub.

Maraqlıdır, Bakıda elə bir fikir formalaşıb ki, paytaxtı məhz rayon və kəndlərdən gələn insanlar korlayır, çirklənidirir və yararsız vəziyyətə salır. Sanki rayonlarda yaşayan insanlar paytaxta gəlməsəydi, Bakıda hər şey öz qaydasında olacaqdı, heç bir tıxac yaranmayacaq, metroda sıxlıq müşahidə edilməyəcək, rüşvət alınmayacaq, narkomaniya geniş yayılmayacaq, dəbdəbəli yas və toy mərasimləri keçirilməyəcək, iş yerləri az olmayacaq, siyasi məhbuslara rast gəlinməyəcək, homoseksuallar təbliğ edilməyəcək və başqa neqativ hallar müşahidə olunmayacaqdı.

Çox qəribə məntiqdir, həqiqətən. Bu qədər çatışmazlıqların yaşandığı bir paytxatda, hələ də rayonluların Bakıya gəlməsi problem kimi qabardılır. Rayon sakinlərinin Bakıya gəlməsini tənqid edən şəxslər bir dəfə də olsun özündə hökuməti sağlam tənqid etmək cəsarəti tapmırlar. 

Düzdür, bəzi hallarda kənd və rayonlardan Bakıya gələn əhalimizin paytaxta uyğunlaşması prosesində problem müşahidə edilsə də, bu qlobal problemə çevriləcək və ağızdan-ağıza keçəcək mövzu olmamlıdır. Çünki bu insanların paytaxta gəlməsinə səbəb onların işsizlik, təhsilsizlik, səhiyyəsizlik və başqa problemlərdən əziyyət çəkməsidir. Bu hal Bakıda problemli vəziyyətdərisə, rayonlarda daha acınacaqlıdır.

Görəsən kəndli və rayonluları tənqid edən təbəqə nə üçün yay istirahət günlərində məhz tənqid etdikləri şəxslərin doğma yerlərinə üz tutular? Əgər yerlibazlıqdırsa, onda gərək bu regionlara gedilməsin və isti günlərini yalnız Bakıda keçirsin. Hələ bura istirahət məkanlarına atılan tonlarla zibili əlavə etsək, o deməkdirmi ki, şəhər camaatı rayonları zibilləyir?

Mən bakılı olsam da, bunu başqalarından üstün bir hal kimi hesab etmirəm. Bakı qədim və tarixi şəhər olmaqla yanaşı, həm də qonaqpərvərliyi ilə tanınıb və bu, bizim qanımızda var, qonaq da canımız olub. Buna görə özünü bakılı sayanlar və ya Bakını öz adlarına çıxaranlar mümkün qədər ətraf rayonlardan gələn şəxslərə qarşı mehriban olsun. Bu onlara sadəcə başıucalıq gətirər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 17:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com