Gündəmə gəlmək istəyən və reytinq xatirinə İslam əleyhinə daha bir çıxışın şahidi olduq. Bir nəfər - Emin Akif müqəddəs Qurani-Kərimin səhifələrini cırdığını və nə vaxt meymuna çevriləcəyini gözlədiyini bildirdi.
Sözün düzü, bu xəbəri oxuyanda meymuna çevriləcəyini gözləyən şəxsi bir tərəfdən qınasam da, digər tərəfdən onun halına acıdım. Ona görə acıdım ki, bu şəxsin nə Quran-Kərim, nə onun ilahi mesajları, nə də təsir gücü barədə anlaşıyışı var. Müəqqədəs kitab barədə sadə insanların malik olduğu informasiyalar qədər məlumatının olmaması təəccüblüdür. Bu belə olmasaydı, Quranın vərəqlərini cırıb, meymuna nə vaxt çevriləcəyini gözləməzdi.
Bu hadisələr fonunda ölkədə Quran-Kərimin hansı dərəcədə qəbul olunması və əməl edilməsi barədə düşündüm. Mövcud duruma diqqət yetirdikdə Azərbaycanda Quranın bir qrup tərəfindən qəbristanlıqda qazanc alətinə, digər qrup tərəfindən ekstremist fikirlərin mənbəsinə, digər qrup tərəfindən isə “kedicik”lərin ilham mənbəyinə çevrilməsini görə bilərik. Təbii ki, ölkəmizdə müqəddəs kitabı düzgün anlayıb, əməl edib və onun göstərdiyi yolla həyatını yaşayanlar da var. Lakin neqativ fikirlər fonunda həmin doğrular bir növ kölgə arxasında qalır. Bu məsələdə doğruların kifayət qədər təbliğat-təşviqat və marifləndirmə işləri görməməsini də qeyd etmək olar.
İndi özünü şair adlandıran bu şəxs, İslamı təbliğ etdiyini söylən və çılpaq qızlarla oynayan Harun Yəhyanı gördüyü halda, vəhabi terrorçularının Suriya və İraqda gedən döyüşlərdə Quran adı ilə döyüşdüyünü anladığı halda və qəbristanlıq, yas məclisləri və başqa yerlərdə qazanc məqsədilə Qurandan istifadə edilməsini müşahidə etdiyi halda necə müqəddəs kitab barədə normal fikirdə olsun? Bəli, bunları görəcən şəxsin Quran-Kərim barədə şübhəyə düşməsi iki vur ikidir.
Lakin Qurani-Kərim mənfi mənada nə qazanc yeri, nə istifadə mənbəyi və nə də gerilik mexanizmidir. Müqəddəs kitab qəlblərin baharı, yol göstərən və insanlara nicat verəndir. Qurani-Kərimin nazilolma səbəbi elə bizik. Məhz bizlərin yalan, oğurluq, zina, rüşvət və bu kimi şeylərdən uzaq olmağımız, aqibətimizi dəyişə bilməyimiz, ən yaxşı nə varsa onu əldə etməyimiz və neqativlərdən çəkinməyimiz bu kitabın misiyalarından biridir.
Sonda meymun olacağını gözləyən şairimizə bildirmək istərdim ki, Qurani-Kərim bizi meymuna çevirmək üçün yox, insani dəyərlərə sahib olmağımız üçün gəlib. Və bu kitabın gücü insanlığa töhvə və həyat verməsindədir, nəinki bəşəri heyvana çevirməsində.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan