Bir neçə gündü Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları barədə müzakirələr gedir. Müzakirələr geder deməzdim, bu barədə qəzetdərə bəzi sözlər ötüröllər və elə fikir yaradellar ki, guya iş göröllər. Yaxşı, gəlin görəy bular nağayrmaq istiyillər.
Təxminən 70 il krili qrafikası ilə yazdıx, oxudux. Müstəqilliy əldə etdihdən sora keşdiy latın qrafikasına. Qaldıx kor. Niyə? Çünki yerdən qalxanlar latın qrafikasını öyrəndilər, amma oxumağa bədii ədəbiyat tapmadılar. Prezident İlham Əliyevin tafşırığı ilə kütləvi surətdə bədii ədəbiyatdar latın qrafikasına keçirildi. Tonnarnan kitaflar, disertasiyalar yazıldı. Milyonnarnan pul xərjdəndi. Belə çıxer ki, olar təzdən yazılmalı, disertasiyalar cırılıf atılmalıdı.
Özdərini müdafiə üçün alibi də tapıflar. İllərdi atamızın, bavamızın, elə bizim özümüzün də öyrəndiyimiz sözlərin səhv olduğunu deyirrər. Misal üçün, Aqil Abbas deyir “qəşəng” sözünün “qəşənk” kimi yazılması təklif edilir. Onnansa, elə birdəfəliy “qəşəy” yazax, meyxanaçıların da işi asan olsun, qafiyələrinə rahat otursun. Və ya “alqı-satqı” sözü. Bunu da eliyirrər “alğı-satqı”. Day onsuz da əziyət çəkifsiniz, “satqı” sözünü də “satğı” edin, “alğı-satğı” olsun. “Əsgər”i də “əskər” deyijiyik.
Mənim də öz təkliflərim var. Yazıda istifadə elədiyim sözədri də “Orfoqrafiya lüğəti”nə salın. ATV verilişində Zaur Baxşəliyev hər zaman “filan” sözünü “falan” kimi işdəder. O əziyətə düşməsin deyə və ona irad tutmasınnar deyə, o sözü də dəyişin. “Vint açan” sözünü “burğac” eləmək istəyirsiniz ha, balon qabağını açanı da “bankaç” kimi dəyişdirin. Küçələri gəzin, cavan uşaqların bir-birinə adla deyil, müraciət əvizi işlətdiyi söz var, onu da salın lüğətə. Axı sizlər söz ehtiyatımızı 100 minə çatdırmaq isdiyirsiniz.
Ötən ilin sonlarına yaxın bir reperin oxuduğu dillər əzbəri oldu, yazınızdadır: Ayə, harıya gedersən ayə? Anan bilermi harıya gedersən Ayə?
İndi mən də sual edirəm: Ayə, harıya gedersiniz ayə?! Bilersinizmi bir xalqı məhv etmək üçün ilk öncə onun mədəniyyətini, sonra da dilini məhv ederlər ayə? Milli mədəniyyətimizi Avropa əxlaqı ilə məhv ediflər ayə! Ailənin nə olduğunu bilmiyənnər TV-lərdən əxlaq dərsi keçellər ayə? Siz də o dəstəyə qoşulmuyan ayə!
Başa düşdünüzmü nə deyirəm ayə?!
P.S. Mən də evdə əziyyət çəkib uşağın dilindən ləhcəyə uyğun "qapıyı" sözünü dəyişməyə çalışıram ki, "qapını" yazsın. Day özümü niyə öldürürəm ki?
Ali tərəfindən 21-01-2018 19:07:57 tarixində yazıldı |
Dəlilsiz danışmayaq! |
Mədər dil necə inkişaf edir Aqil bəy? Durduq yerdə inkişaf edir? Məncə, orfoqrafiyada edilən bəzi dəyişikliklər, yeni söz düzəldilməsi və s. bu kimi cəhdlər təqdirə layiqdir... Bu cür lağ-lağı nəyə və kimə lazımdır? Məgr kim dilmizi məhv etmək istəyir ki, bizim xəbərimiz yoxdur?! Dildəki islahatlara gülmək, məncə, yersiz bir gülüşdür... |
Aqil Mehdi tərəfindən 22-01-2018 18:13:14 tarixində yazıldı |
Aliyə cavab |
Söhbət dilimizə yeni əlavə edilən sözlərdən getmir. Söhbət illərdir leksikonumuzda olan və işlədilən sözlərin, indi səhv kimi bizə deyilməsindən gedir. Yazıda da qeyd etdiyim kimi, "alqı" sözü nəyə görə "alğı" kimi yazılmalıdır? Və ya "əsgər" sözü "əskər" kimi? İş orasındadır ki, eləmək istədikləri dəyişiklikləri əsaslı izah etmirlər. Görünən də budur ki, kefləri belə istəyir. Yox, əgər "əsgər" sözünü ərəbcədən olan kökə - "əskər"ə oxşatmaq istəyirlərsə, onda ərəbcədə "Məmmədəmin" adı da yoxdur, "Məhəmməd Əmin" var, onu da dəyişsinlər. Yığışdırdıqları apastrofları da bərpa etsinlər. Ya da, desinlər ki, day "şölə" sözü "şöölə" kimi yazılacaq, ya da "şöylə". |
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...