Azərbaycanın Çempionlar Liqasında yeganə təmsilçisi olan Ağdamın "Qarabağ" klubu dünən növbəti oyununa çıxıb. Olimpiya stadionunda Londonun adlı-sanlı klubu olan “Çelsi”ni qəbul edən təmsilçimiz növbəti dəfə hakimin səhv qərarının qurbanı olub. Oyunun ilk 15 dəqiqəsinədə rəqibinə güclü müqavimət göstərən "Qarabağ" klubu məhz penalti qərarı və qırmızı vərəqədən sonra bilərəkdən sındırıldı. Rəşad Sadıqovun meydandan qovulması və qapımıza penalti zərbəsi təyin olunması UEFA-nın aşağı qrup klublara qarşı ikili standartlara yol verməsini göstərir.
"Atletiko Madrid", "Roma" və "Çelsi" kimi klublarının mərhələ adlamasını daha məqbul hesab edən UEFA rəhbərliyi bununla "Qarabağ" kimi klubları sıxışdırmağa cəhd edir. "Qarabağ"ın mərhələ adlaması dünya azarkeşləri üçün maraqsız görünmə ehtmal olduğu üçün Avropanın ali futbol qurumu hakimlər vasitəsilə klublara belə təzyiq göstərir. "Qarabağ"ın 3 oyunda 3 qırmızı vərəqə alması UEFA-nın Azərbaycan təmsilçisinə qarşı qərəzli mövqedə olmasını göstərir. Avropa qurumu olsa da, təşkil etdiyi turnirdə kifayət qədər hakim səhvlərinin qarşısını almayan UEFA rəhbərliyinin bu mövqeyi anlaşılan deyil.
Futbol mütəxəsisslərinin də yekdil fikrinə əsasən, "Qarabağ"ın oyunçusunun dünən qırımızı vərəqə alması hakim adına biabırçılqıdır. Kluba həm penalti təyin etmək, həm də qırmızı vərəqə göstərmək portuqal hakimin “Qarabağ”ı sıxışdırmaq fikrini ortaya qoyur. Bundan əlavə "Qarabağ" klubu Avropa Liqasında mübarizə apararkən də hakimlərin təzyiqi ilə qarşılaşmışdı. Belə ki, öz meydanın Milanın İnter lubu ilə qarşılaşmada qol vursa da, çexiyalı hakim bunu qərəzli şəkildə qeydə almamışdı. Həmin oyunun nəticəsi olaraq təmsilçimiz turnirdən kənarda qalmışdı.
"Qarabağ"ın London təmsilçisinə 4:0 hesablı məğlubiyyətinə rəğmən Azərbaycan təmsilçisini qəhərman hesab etmək olar. Məhz UEFA-nın qərəzli mövqeyi ilə sıxışdırılan təmsilçimiz Avropanın nəhəng klubları ilə başabaş mübarizə aparıb. Bu səbədən təmsilçimizin məğlubiyyətlərinə və qrupda 2 xal toplamasına baxmayaraq, "Qarabağ" Azərbaycan və ədalətsevər azarkeşlər üçün qəhrəman klub adını qazanıb.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan