Bilmirəm nədən başlayım, haradan başlayım. Əslində bu yazını bircə cümlə ilə də ifadə etmək olardı, amma bir qədər cümlələrin sayını artırmaq qərarına gəldim və istədim göstərəm ki, bizlərə kimlər vəkillik edir.
Bu gün millət vəkili Zahid Məhərrəm oğlu Orucun belə bir açıqlamasını oxudum və o, bu açıqlamanı parlamentin tribunasından səsləndirib:
“Mən başa düşürəm ki, ölkəmizdə İmam Hüseyn müsibəti ürək ağrısı ilə yad edilir. Amma İmam Hüseynin müsibəti, İsa Məsihin çarmıxı kimi səhnələr din və qeyri-din adamlarını düşündürməlidir. Biz ötən gün bununla bağlı narahatlıq doğuran səhnələrin şahidi olduq”.
Deputat daha sonra belə deyib:
“Xristianların dini mərasimlərində zəncir vurulduğunu, qan tökdüyünü, azyaşlıların belə səhnələri izləməyə aparıldığını görmüsünüz? Biz hansı dövrdəyik və hansı mərasimləri keçiririk? Məktəbi və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məsciddən dövlət idarə olunmaz. Bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Valideynləri onları cənnət ümidi ilə xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək..."
Millət vəkilinə cavab verməzdən öncə, onun seçki təbliğatında təqdim etdiyi plakatı xatırlatmaq istərdim. Zahid Oruc 94 saylı Bərdə kənd DSK-dan namizədliyini irəli sürmüşdü və sloqanları belə idi: "Sizə vəkil olmaq, Allaha ibadət qədər gözəldir!", "Oruc, Ramazan bitincə, başlar!"
Həmin zaman bu barədə yazmaq istədim, amma görünür qismət bu günə imiş. Necə deyərlər, samanın da öz zamanı var.
Əvvəla oruc, Ramazan bitincə başlamır, elə Ramazan ayı ilə başlayır. İkincisi isə, Zahid müəllimin xalqa xidmətin Allaha ibadət qədər gözəl olduğunu söyləməsi, onun xalqın qeydinə qalacaq bir vəkil olacağına ümid yaradırdı.
Görünür, Zahid müəllimin başı xalqa xidmətə o qədər qarışıb ki, ölkə gündəmini izləyə bilmir. Ona görə də xatırlatmağı özümə borc bilirəm ki, artıq illərdir Dini Komitənin və QMİ-nin məsləhəti ilə Azərbaycanda Aşura mərasimlərində qançıxarma adətləri aradan qalxıb və İslam alimlərinin də bu işlərin bəyənilmədiyini açıqlaması bu əməllərin üstündən bilmərrə xətt çəkib. Onu da xatırlatmağı özümə borc bilirəm ki, bu il Aşura mərasimi üçün məscidlərə gedən insanlar daha bir xeyirxah əmələ qol qoyaraq, 1722 litr qan verib.
Maraqlıdır, Zahid müəllim Aşura günü hansı narahatlıq doğuran halın şahidi olub ki, bunu başqaları sezməyib? Yox, sezənlər olub, demirəm olmayıb, amma inanmıram ki, Zahid müəllim də onların sırasındadır. Azərbaycanda Aşura mərasimindən, ancaq məhz millət vəkilinin də dediyi kimi Suriyaya kamikadze göndərənlər narahat olur. Zahid müəllim yəqin bilməmiş deyil ki, Suriyaya kamikadze göndərənlər Aşurada sinə vuranlar yox, sinə vuranları kafir bilənlərdir. İraqda dağıntılar altından çıxarılan uşaqlar İmam Hüseyni (ə) sevənlər yox, təkfirçi vəhabilərin övladları olub.
Yaxşı, bu uşaq haqqı nahaqdan necə ayırmalı, haradan öyrənməlidir? Orta məktəblərdə din tədrisi yoxdur və bu barədə heç müzakirələrin də getmədiyi rəsmi şəkildə bəyan edilib. Məscidə də Zahid müəllim deyir uşaq aparmaq olmaz. Uşaq böyüyəndə isə Avropanın apardığı təbliğatın nəticəsi olaraq azad vətəndaş olduğunu söyləyir və valideyn sözünü eşitmədiyinin şahidi oluruq, bir qədər sonra isə heç bir dini bilgisi, savadı olmadığı üçün ona azacıq dindən danışanın yanında yer alır... və səsi Suriyadan, İraqdan, Əfqanıstandan gəlir, ya da meyitinin görüntüləri.
Zahid müəllim xristianların uşaqları ibadətgahlara aparılmadığını, qan çıxarılmadığını söyləyir. Bir az ədalətli olsa, XXI əsrdir, internetdən axtardığını tapa bilər. Amma istəmir, çünki sadəcə danışmaq istəyirmiş və mövzu qıtlığı imiş və bir də digər sahələrdən danışanda spiker tərəfindən sərt cavab aldığını sadə vətəndaşlar bilməsə də, biz jurnalistlər yaxşı bilirik, görüntüləri də internetdə var.
"Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə...", - deyən Zahid müəllim niyə orta məktəblərinin ağzının içindəki barların, diskotekaların, oyun zallarının adını çəkmir? Niyə orta məktəb uşağı öpüşməyin nə olduğunu, siqaretin necə çəkildiyini, pivənin, enerji içkilərinin necə içildiyini, mini yubka geyinən qızların şəklini necə çəkmək lazım olduğunu (görəsən bu şəkil orta məktəb uşağının nəyinə lazımdır? - A.M), valideyni aldadaraq dərs vaxtını veyillənməyin, oyun zallarında keçirməyin, intiharı necə etməyin yollarını bilir, amma mənsub olduğu dinin mahiyyətini anlamır? Məgər valideynlər öyrədir uşaqlarına dərs vaxtı oyun zallarında keçirib, siqareti siqaretin gözünə calamağı? Valideynlər öyrədir uşağına öpüşməyi, mini yubkalı sinif yoldaşlarının şəklini çəkməyi, ya da intihar etməyi?
Xeyr, heç bir valideyn uşaqlarının sadalanan mənfi adətlərə qurşanmasını istəmir, bu mənfi adətləri cəmiyyət öyrədir onlara. Cəmiyyət isə bu mənfi adətləri o uşaqlara öyrədir ki, onlar ailədə, olduqları ortamda bunun əksini sübut edəcək cavablar görmürlər. Axşamlar televiziyada intihar barədə xəbər eşidən, enerji içkisinin onu qanadlandıracağı reklamını görən, Topaz-da pul qazanacağı təbliğatını eşidən uşaq böyüyəndə kim olacaq Zahid müəllim?
QMİ-nin rəsmi nümayəndəsi olan Hacı Şahin Həsənli Aşura moizəsində şəhidlik məktəbindən danışdı, şəhid olan Zəhradan danışdı, ermənilərə qan udduran Mübariz İbrahimovdan danışdı, Aprel şəhidlərimizdən, Aprel zəfərimizdən danışdı, illərdir Azərbaycanda bütün dinlərin nümayəndələrinin birgə, çiyin-çiyinə yaşadığından danışdı, bir-birilərinin xeyrinə-şərinə yaramasından, əmin-amanlığa səbəb olmalarından danışdı. Məgər uşaqların bu söhbətləri eşitməsindən narahatsınız?
Yox, əgər siz məscidlərə gedən uşaqların gələcəkdə kamikadze olacağından narahatsınızsa, mən də narahatam. Amma əmin olun, Aşurada Peyğəmbər ailəsinin çəkdiyi müsibətləri eşidən uşaq böyüyəndə terrorçu olmur. Terrorçu olacaq uşaqların və ya potensial terrorçu olan valideynlərin Bakıda hansı məscidlərə toplaşdığını isə xidmətində durmağı Allaha ibadət kimi qəbul etdiyin xalqın içinə düşsən, sənə barmaqla göstərərlər.
P.S: Uşaqların gələcyindən narahatsınızsa, deputat həmkarınız, 106 saylı seçki dairəsindən millət vəkili olmuş Ülviyyə Ağayevaya deyin ki, səs topladığı Tovuz rayonu, Aşağı Quşçu kəndinin məktəblərinə gedən yollardan heç eşşək arabası da keçə bilmir. Uşaqlar payız fəslindən başlayaraq düz aprel ayına kimi məktəbə palçıq içində gedirlər. Kənddə qaz olmasına baxmayaraq, 30 ilə yaxındır elə həmin kəndin İ.Mürşüdov adına məktəbində istilik yoxdur, qışda soyuğa görə davamiyyət 5-6% olur. Uşaqlardan odunpulu dilənirlər. Elə sizin millət vəkili seçildiyiniz dairədəki məktəblərin sırasında da belələrinin olduğuna şübhəm yoxdur.
P.P.S: Zahid müəllim, bir də məsləhətim budur ki, hərdən qardaş Türkiyədəki həmkarlarınızın Aşura barədə, Məhərrəmlik barədə danışdıqlarına da qulaq asın.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...