Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

18 İyul

2009
1907
Gəncliyimiz - gələcəyimiz
``Həqiqətən yeniyetmənin qəlbi xam (işlənməmiş) torpaq kimimdir.
Ora hər nə atılsa qəbul edər``
                                                                               Həzrət Əli (ə)

Gənclik - insanın həyatı boyunca ən yüksək aktivliyini olduğu zamandır. Bu həyatın elə bir dövrüdür ki, insanlar bir çox məşğuliyytləri eyni vaxtda görəbiləcək enerjiyə sahib olur. Məhz bu səbəbə görə gənclik böyük məna ifadə edir. İslami yönümdə baxsaq görərik ki, Həzrət Peyğəmbərimiz hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşmış, onlara harda necə hərəkət etmələrini nəsihət etmişdi: ``Sizin ən yaxşılarınız orta nəslə bənzəmək istəyənlərdir``.

Məsumlarımız da Allah Rəsulunun yolu ilə getmiş, hərbi xidmətdən ictimai xidmtələrə, müəllimlikdən hökumət məsuliyyətinə qədər bir çox yerlərdə gənclərə dəstək olmuşlar: ``Çünki onlar hər bir yaxşılığı qəbul etməyə daha çox tələsirlər``.

Bundan sonrakı dövrlərə nəzər saldıqda da İslami mübarizədə böyük rol oynamış, İslamı özünə şüar etmiş bir çox gənclərin üzərlərinə götürdükləri vəzifələri doğru bir İslam təsəvvürü ilə çox gözəl yerinə yetirdiklərini görürük. Əlbəttə, İslami mübarizənin şah damarını gənc nəslin təşkil etdiyinin fərqində olan antiislamçılar İslami gəncliyi passivləşdirmək üçün əllərindən gələni ediblər və hazırda da edirlər.

Fikrimcə son zamanlar müsəlmanların üzərində gəzən qara buludların səbəblərini bu çərçivədə dəyərləndirmək lazımdır. Çünki bilirik ki, gənc nəsli yox edilən və passivləşdirilən hər hansı bir ideologiyaya və ya dinə hücum etmək daha asandır. Elə bu səbəbdən də bu gün Qərb və Amerika imperializmi İslami gəncliyi bitirmək, geriyə qalan müsəlman gənclərini də fərqli İslami təsəvvürlərlə hərəkət etmələrini təmin etmək üçün böyük planlar qururlar.

Bu gun görürük ki, gəncləri cəzb edən, nəfslərinə xoş gələn bir çox mənfi faktorlar yaşadığımız zamanda çox geniş yer alıb. İmperialistlərin görmək istədiyi iş gənclərin İslam ilə bağlantılarını qoparmaq və onları dünyanın keçici zövqləri ilə aldatmaqdır. Beləliklə, haqqın qarşısında batili güclü etməkdir. Həzrət Əli (ə) bu barədə belə buyurub: ``Haqq cənnət yoludur, batil isə od yolu və hər bir odun üzərində (dayanıb ona) dəvət edən var``

Çox təəssüflər olsun ki, gənclik həm çətin dərslərlərin gətirdiyi stressdən, həm internetin böyük cazibəsinə düşməkdən, həm dostluq çevrəsinin pis olması, necə deyərlər, ``kruqa`` düşməsindən, bir yandan da televiziyada bir-birinin ardınca gələn teleseriallardan başını qaldırmağa vaxtı olmadığından sürətlə İslami həyat nizamından uzaqlaşır. Gənclərin düşünmələrini, fikirlərini bildirmələrini, dolayısıyla həqiqəti görmələrini əngəlləmək məqsədiylə görülən bu işlər təəssüf ki, hətta İslami bir yaşantıya sahib olan gənclərimizi də zəhərləməkdədir. Onlar sıx olaraq tərs yöndən əsən Qərbliləşmə küləyinə qapılırlar və bu üzdən ortaya çıxan nəsil pak-pakizə bir İslami anlayış yerinə bulandırılşmış İslami anlayışa sahib olurlar. Bu barədə uzaqgörənliklə, Həzrət Əli (ə) belə buyurmuşdur: ``Əgər batil haqq ilə qarışmasa, o, haqq axtaranlardan gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa, onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan, bir ovuc da bundan götürülür (Beləliklə, hərəsindən bir az götürməklə haqq ilə batil bi-birinə qarışır və nəticədə şübhə meydana çıxır)``. Bəli, indiki halımızı bundan gözəl heç kim təsvir edə bilməzdi. Cavanlarımız bir az günah, bir az da savbı qarışdırmış, sonra da hansının doğru, hansının yanlış olduğunu anlamayıb daha da batırlar.

Bütün bu problemləri həll etmək üçün əvvəlcə doğru bir İslam gəncliyi təsəvvürü yaratmalı, beləliklə yeni, sağlam nəsillər yetişdirərək bütün insanlığı nurlandıran bir İslam mədəniyyəti yaratmağımız lazımdır.

Bəs İslam gəncliyi necə olmalıdır? Əvvəlcə onu bilməliyik ki, İslami yaşam nizamı həyatımızın hər anında ən doğru yol göstərəndir. Hər bir gənc mindiyi avtobusda, getdiyi sinfində, ümumiyyətlə, yaşadığı bütün həyat dönəmlərində Allah-Təalanın onu gördüyünü bilərək hərəkət etməlidir. Əgər biz İslami söhbətlərə qulaq asanda başqa cür, digər yerlərdə isə başqa cürsək, qıldığımız namaz haqqı təmsil edərkən elədiyimiz hərəkətlər batili, oxuduğumuz kitab aydınlığı, dinlədiyimiz musiqi isə qaranlığı təmsil edirsə, deməli burda nə isə bir səhv, bir yanlışlıq var.

Unutmamalıyıq ki, bir İnsan Allahın təkliyinə şəhadət gətirib, Həzrət Mühəmmədə (ə), Əhli-beytə (ə) inanır, hörmət edir, sevirsə deməli Haqqın qarşısında bütün batilləri əlinin tərsiylə itələməlidir. Hər bir müsəlman gənc bu düşüncə ilə hərəkət etməlidir. Unutmamalıyıq ki, İslam - bütünlük ərz edən bir həyat nizamıdır. İslam anlayışı, həm ibadətlərdə məsuliyyətli olmaq, həm əxlaq çərçivçıində hərəkət etmək, həm siyasi mənada İslamı qorumaq, həm də zalıma qarşı mübarizə aparmağı lazım bilir. İslami məsələlərdə fikir yürütmək insanlara asan görünür. Xaricdən İslama ac insanlar özlərinə dinimizi başa salan İslam gəncliyini gözləyir. Bilməliyik ki, xəstə köklərdən xəstə budaqlar törəyər. Buna əsasən xəstə köklərdən xəstəlikləri təmizləməli və sağlam köklər olaraq yeni nəsil yaradacaq sağlam budaqlar yetişdirməliyik.

Haqqında onlarla kitab yazılan İslami gənclik mövzusunu kiçik bir yazıyla anlatmaq imkansızdır. Biz bu yazıda ancaq gəncliyin bəzi xəstəliklərinə və bunların necə sağaltmaq lazım olduğuna üzdən də olsa çatdırmağa çalışdıq. Doğru İslam təsəvvürü ilə yetişmiş, Haqqı batildən ayırmış, söylədiklərinin praktikada həyata keçirən, gənc nəsillər olmağımız və başqa gənc nəsillər yetişdirmək diləyi ilə. Allaha əmanət olun!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 17:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru