Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

13 Oktyabr

2015
3768
Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır

2011-ci ildən başlayan və bu günə kimi davam edən Suriya böhranı hazırda dünya gündəminin əsas müzakirəsinə çevrilib. Bunun üçün vacib səbəblər var. Əsas səbəb isə Bəşşar Əsəd və onun hakimiyyətinin davam etməsidir. ƏlbəttəƏsəd hökümətinin ayaqda qalması Rusiya və İranın birbaşa və ya dolayı yollarla yardımı ilə bağlıdır.

Son bir həftə ərzində Rusiya qırıcılarının Suriya ərazisində avia zərbələr endirməsi, ölkə ərazisində fəaliyyət göstərən bütün cəbhələri pərişan edib. Cəbhələrlə birgə onların himayədarları da narahat olmağa başlayıb. Suriya ərazisində “İŞİD”, “əl-Nusra” və “Azad Suriya Ordusu” adlı qruplaşmalar Suriya hökumətinə qarşı silahlı mübarizə apardığı təqdirdə, siyasi mübarizə ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə üçlüyünün üzərinə düşür. Təbii ki, siyahıya Avropa ölkələri və İsraili də daxil etmək olar ki, bu ölkələr də Suriyada silahlı qruplaşmalara siyasi, hərbi və maliyyə dəstəyi göstərir.

Rusiyanın Suriya böhranına aktiv müdaxiləsi rəsmi Moskvanın bu regionla bağlı geniş planlarından xəbər verir. Kreml Suriyada Bəşşar Əsədi hökumətdə saxlamaqla, əlindən çıxardığı digər ərəb ölkələrindəki nüfuzunu da geri qaytarmaq fikrindədir. Bu ölkənin arasına Misir, Tunis və Liviyanı da daxil etmək olar. Rusiyanın Suiryadakı silahlı qruplaşmaların kökünə çıxmaq planı, digər tərəfdən ən böyük düşməni olan ABŞ-ı yerində oturtmaq istəyindən xəbər verir. ABŞ və Rusiya arasında Ukraynadakı vətəndaş müharibəsindən sonra soyuyan münasibətlər, artıq Suriyada kuliminasiya nöqtəsinə çatıb. Amerika Ukraynadan sonra Suriyada da yaratdığı ikinci bataqlıqda məğlub duruma düşüb. Rəsmi Vaşinqton Ukrayna və Suriyada Yanukoviç və Əsədi devirməklə ölkələrdə nəzarəti əlinə alınacağını düşünsə də, Kreml bu planların həyata keçməsinə imkan vermədi.

Suriyada Bəşşar Əsədin hakimiyyətdə qalmasında, ölkənin terrorçuların əlinə keçməməsində və ən əsası Amerikanın bu ərazidə nüfuzunu gücləndirə bilməməsində İranın da payı böyükdür. Lakin hazırda Suriya uğrunda burun-buruna gələn ölkələr Moskva və Vaşinqtondur. Rusiyanın bu günə kimi daxil olduğu heç bir ölkədən geri qayıtmadığını nəzərə alsaq, Suriyanın ABŞ-a qismət olmayacağını demək o qədər də çətin deyil. Suriyada hadisələrin sonunun nə ilə nəticələnəcəyini dəqiq söyləmək mümkün olmasa da, Rusiyanın Sovetlər dönəmində Əfqanıstanda Amerikadan aldığı məğlubiyyətin acısını Suriyada hazırda çıxdığı dəqiqdir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com